29 iyul 2014 00:39
Hacıyev Koperlə oyuna yerli medianın diqqətsizliyindən danışdı
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Sloveniyada "Koper"lə oyun ərəfəsində keçirilən mətbuat konfransında yerli jurnalistlərin iştirak etməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunun səbəbini belə izah edib:
"Həmin gün Sloveniyanın başqa komandası paytaxtda oynayırdı. Ona görə əksər media təmsilçiləri məhz orada idi. Bizim oyuna bir qədər diqqət az yönəltmişdilər. "Koper"in mətbuat konfransında cəmi 4 jurnalist var idi. Meydan sahibinin konfransına 4 jurnalist gəlibsə, daha nə demək olar".
