29 iyul 2014 10:55

Stanislav Çerçesov: Qarabağ Zalsburqu keçsə, əsl sensasiya olacaq

Rusiyalı futbol veteranı, vaxtı ilə Avstriya klublarında çalışan Stanislav Çerçesov azerisport.az saytına müsahibəsində "Qarabağ"ın "Zalsburq"a qarşı şanslarından danışıb. Çerçesov Avstriyanın futbol klublarının güclü heyətə malik olduğunu qeyd edib:

"Zalsburq" son illər inkişaf dövrünü yaşayır. Sponsorlar heyətin güclənməsinə yaxşı pul xərcləyir. Komanda ötən mövsüm yaxşı oyun sərgiləyir. Bütün görüşlərdə inamlı qələbə qazanıb. Özü də qol şanslarını boşa vermirlər. 1/4 finalda "Bazel"ə məğlubiyyət ədalətli olmadı. Yəni komanda Avropa Liqasında irəliləyə bilərdi. Qrupdakı görüşlərdə məğlub olmadı. Dediyim nəticələr komandanın oyun keyfiyyətindən xəbər verir. Bu mənada Azərbaycan klubu ciddi hazırlaşmalı olacaq".

Stanislav Çerçesov "Qarabağ"ın bu görüşdə güclü müqavimətlə qarşılaşacağını deyir: "Bilirsiz, belə oyunlarda fərqi yoxdu ilk oyunu harda oynayırsan. Evdə və ya səfərdə oynamaq o qədər vacib deyil. Son oyuna baxmısızsa, siz "Zalsburq"un gücünü görmüsüz. "Rapid"ə böyükhesabla qalib gəldi. Fikrimcə, Avstriya komandası görüşün favoritidi. "Qarabağ"a çətin olacaq. Bəxtləri gətirməyib. Komandanızın son oyunlarını görməmişəm, ona görə konkret nəsə söyləmək çətindi. "Qarabağ" daim avrokuboklarda iştirak edirsə, deməli, Azərbaycanın ən güclü klublarındandı. "Zalsburq"u gördüyümdən belə deyirəm".

Rusiyalı mütəxəssis rəqibin oyunu haqda bunları deyib: "Çox mobil komandadı. Sürətli futbolu sevir. Müdafiədə etibarlı oyunuyla seçilir. Hündürboylu futbolçuları çox deyil. 2-3 futbolçularının boyu hündürdü. Orta boy 1.72 sm-di. Əsas oyunçuları Sorensen, Soriano və Alandı. Heyətin əksər futbolçuları bir-birini yaxşı tanıyır. Hazırda bu komanda Avstriyanın ən güclü klublarından biri sayılır. Ona görə püşkdə bəxtiniz gətirməyib. Bununla belə məğlubedilməz komanda yoxdu. Əgər düzgün taktika seçsəz, müəyyən mənada bəxt sizin tərəfdə olsa, nəticə qazanmaq olar".

Oyun haqda proqnoz verməyən Çerçesov "Qarabağ"ın qələbəsinin senssasiya olacağını bildirib: "Hər iki komandaya hörmət edirəm. Sözsüz ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iştirak edirlərsə, deməli təcrübələri var. Azərbaycan futbolunun son dövrlərdəki vəziyyəti barədə məlumatım azdı. Son dəfə Azərbaycan millisinin Rusiyaya qarşı oyununu izləmişəm. Bununla belə komandalarınızın gücləndiyini bilirəm. "Qarabağ" bu mərhələni keçsə, sensasiya sayılacaq. Amma bu, o demək deyil ki, bu, mümkün deyil. Sizin komandanız üçün bu ciddi sınaq sayılacaq. "Zalsburq" bu mərhələdə dayanmaq fikrində deyil. Onlar Çempionlar Liqasında irəliləmək barədə düşünürlər. Sizin üçün isə pley-offa çıxmaq yeni mərhələ olacaq. Səviyyə fərqi burada da görünür".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.