29 iyul 2014 17:10

Böyükağa Hacıyev: Çixura Zestafonidən güclü deyil

Azərbaycan Kubokunun qalibi "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Sloveniyadakı qələbədən, klub prezidenti Sadıq Sadıqovun yuxusundan və növbəti rəqibdən danışıb.

- Sloveniyada "Koper"i məğlub edəcəyinizə inanmayanlar çox idi. Komandanı oyuna hazırlamaq nə dərəcədə çətin oldu?
- Biz səfərə təzyiq altında yollandıq. İlk məğlubiyyətdən sonra komanda hamı tərəfindən tənqid olunmağa başladı. Məğlubiyyət yaxşı hal deyil. Amma komandanın cavab oyunu ərəfəsində normal hazırlaşmasına imkan verilməlidi. Sloveniyadakı oyun hər iki komanda üçün çətin oldu. "Koper" vaxtı uzatmağa çalışırıdı. Açıq mübarizədən qaçırdılar. İlk hissədə artıq 4 real qol şansımız oldu. Fasiləyə 1:0 hesabıyla yollandıq. İkinci hissədə yetirmələrimdən cəmi 1 qol istəyirdim. 2:0 mərhələ adlayacağımıza kifayət etdiyindən daha bir qol lazım idi. Şadam ki, azarkeşləri sevindirdik. "Neftçi" hər zaman olduğu kimi sona qədər mübarizə apararaq layiqli qələbə qazandı.

- İlk olaraq sizi kim təbrik etdi?
- İlk təbrik Zaur Axundovdan gəldi. Komandanı dəstəkləyən Axundov bizə inandığını söylədi. Sonra klub prezidenti Sadıq Sadıqov zəng vurdu və komandanı mərhələ adlaması münasibətiylə təbrik etdi. Hər zaman olduğu kimi bu dəfə də klub prezidenti məğlubiyyətdən sonra bizə inandığını nümayiş etdirdi. Biz də onu və azarkeşlərimizi sevindirməyə çalışdıq.

- Klub prezidenti 2 gün əvvəl yuxuda komandanın 2:0 hesablı qələbə qazandığını söyləmişdi. Sizə yuxuda gördüyünü danışmışdı?
- Oyundan əvvəl yuxuda gördüklərindən xəbərim yox idi. Yalnız oyundan sonra mənə bu barədə danışdılar. Yuxunun çin olmasını onun komandanı çox sevməsiylə izah edərdim.  Sadıq müəllim də qeyd etdi ki, bizə 2:0 lazım idi. Ona görə bu qələbəni qazanmaq çox yaxşı oldu.

- Komanda mərhələ adlamasaydı, nə baş verəcəkdi. Bu barədə düşünmüşdüz?
- Bu barədə fikirləşmək çətin idi. Bir yolumuz var idi. "Neftçi" uduzsaydı, gərək Bakıya qayıtmazdım. Bakıda çoxlarına qələbə söz vermişdik. Ona görə meydana çıxanda yalnız qələbə barədə fikriləşirdik. İlk oyunda istədiyimiz alınmadı. Lakin bizi dərhal tənqid etmək düzgün olmadı.

- Növbəti rəqibiniz Gürcüstan komandası olacaq. Onlarla təlim-məşqdə oynamısız...
- Hazırlıq dövründə keçirilən oyunlar komandaların əsl gücünü göstərmir. "Neftçi" onlara qarşı eksperimental heyətlə oynamışdı. Bazar ertəsi gürcü klubunun iki oyununa baxacam. "Bursaspor"la görüşü də diqqətlə təhlil edəcəm. Gürcü komandaları hər zaman kollektiv oyunuyla seçilib. Yaxşı heyəti var. Rəqibə hörmətlə yanaşırıq. Bununla belə heç kimdən qorxmadığımızı deməliyəm. Komanda hər zaman olduğu kimi yenə qələbə üçün mübarizə aparacaq.

- Bu komandanı "Zestafoni" ilə müqayisə etmək olar?
- Müqayisə etmək çətindi. "Çixura"nın çempionatdakı çıxışı barədə məlumatım azdı. Məncə, "Zestafoni"dən güclü olmaz. Təxminən bərabər səviyyəli komandalar olmalıdı. İstənilən halda səhv etməyə haqqımız yoxdu. Ölkə çempionatında səhvləri düzəltmək imkanı olur. Amma avrokuboklarda səhvləri düzəltmək mümkün deyil. Biz onlara qarşı yaxşı hazırlaşmalı, ilk oyundan iddiamızı göstərməliyik.

- "Koper"lə ilk oyundan sonra çoxlu tənqidlər oldu. Bu təzyiqdən xilas olmaq üçün komandadan getmək barədə düşünmüsüz?
- Məşqçinin problemi meydandakı oyunla bağlı ola bilər. İşim komandanın oyuna hazırlığı olmalıdı. Amma son günlər "Neftçi"yə qarşı təzyiqlər çoxalıb. Həm media, həm də digər insanlardan tənqid çoxdu. Özümə qarşı da təzyiq hiss edirəm. Sanki, kimlərsə komandada qalmağımı istəmir. Axı "Neftçi" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandadı. Biz hər zaman qalib gəlməyəcəyik. Məğlubiyyətlər də olacaq. Əsas həmin çətinliklər zamanı özümüzü ələ almaqdı. Bu mənada hərdən hamıdan uzaqlaşmaq istəyirəm. "Neftçi" Azərbaycan futbolunun tarixidi. Bu komandanın uğurunda pay sahibi olmaq çox şərəflidi.

- Gürcüstan komandasına qalib gəlsəz, yenidən tarix yazmağa yaxın olacaqsız...
- Gəlin tələsməyək. Biz hələ mərhələ adlamamışıq. Ona görə əvvəlcədən danışmaq istəməzdim. Gürcüstan komandası sona qədər bizimlə mübarizə aparacaq. "Bursaspor"u üstələyən komanda zəif ola bilməz. Bizi 2 çətin oyun gözləyir. Bundan sonra pley-off haqda danışmaq olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.