28 iyul 2014 11:52

David Odikadze: Bizim bəxtimiz gətirdi ki, Bursasporu keçdik

Gürcüstanın "Çixura" klubunun kapitanı, vaxtilə "İnter"də çıxış etmiş David Odikadzenin azerisport.az saytına müsahibəsi

- Avroliqada "Neftçi"yə qarşı keçirəcəyiniz oyunlardan nə gözləyirsiz?
- Bizi iki çətin oyun gözləyir. "Neftçi" bizim üçün güclü rəqibdi. Onların heyətində kifayət qədər yüksək səviyyəli futbolçular çıxış edir. Buna baxmayaraq, şansların bərabər olduğunu düşünürəm. Çalışacağıq ki, növbəti mərhələyə adlayaq.

- Bəs kimin şansı daha çoxdu?
- Əlbəttə, "Neftçi" bizdən bir addım da olsa, öndədi.

- "Çixura" bu yay "Neftçi"yə qarşı iki yoxlama oyununda üz-üzə gəlib, Avroliqada da Türkiyə "Bursaspor"unu mübarizədən kənarlaşdırıb. Sizcə, hansı daha güclüdü?
- Bu iki klub arasında müqayisə aparsaq, komandanızın geri qaldığını demək olar. "Bursaspor" çox çətin komandadı. Bizim bəxtimiz gətirdi ki, onları keçdik.

- Bakılıların heyətində kimi xüsusi qeyd edə bilərsiz?
- "Neftçi"nin demək olar ki, bütün futbolçularını tanıyıram, onların nəyə qadir olduğunu bilirəm. Amma xüsusi olaraq Flavinyonun oyununu qeyd edə bilərəm. O, komandasının ən yaxşısıdı.

- İlk matçda necə oynamağı planlaşdırırsız?
- Yəqin ki, "Bursaspor"a qarşı oynadığımız ilk oyundakı kimi hərəkət edərik. Rəqibin hücumda çox təhlükəli olduğunu unutmamalıyıq.

- "Neftçi"nin "Koper"lə oyunlarına baxmısız?
- Yox. Amma oyuna kimi onu bizə göstərəcəklər. Eşitmişəm ki, "Neftçi" Sloveniyada möhtəşəm çıxış edib.

- "Bursaspor"la oyunda gürcü azarkeşlər Türkiyə bayrağını yandırıblar, oyundan sonra isə fanatlar arasında davam düşüb. Bütün bunlar "Neftçi" ilə qarşıdakı oyuna da təsirini göstərə bilər?
- Bayrağın yandırılmasını görməmişəm. İnsident də olmayıb. Bizim bir gənc futbolçumuz penalti zərbəsini yerinə yetirdikdən sonra bursalı azarkeşlərə tərəf qaçdı və ondan sonra qarşıdurma yarandı. Hesab edirəm ki, futbolçumuz düzgün hərəkət etmədi. Ümid edirəm ki, bakılılarla oyunlarda belə hal təkrarlanmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.