28 iyul 2014 15:15

Qarabağ qara bazara qarşı: Polisə müraciət olundu

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Zalsburq"la ev oyunu azarkeşlərin diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, oyun üçün satışa çıxarılan biletlərə maraq böyükdü.

Qiymətləri 1 manatdan başlayan biletlərin satışı artıq sona yaxınlaşır. Son məlumatlara əsasən, 10 minə yaxın bilet satılıb. Amma bu biletlərin azarkeşlər, yoxsa dəllallar tərəfindən alınması məlum deyil. Son 3 gün ərzində matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında adi insanlar bilet satmaqla məşğuldu. "Qara bazar"da "Qarabağ"ın oyununa biletlər dəyərindən baha satılır. 1 manata olan biletlər 3 və ya 5 manata satılır. Bu hallar isə azarkeşlər tərəfindən etirazla qarşılanır.

Stadionun kassalarından xəbər verdilər ki, son günlər Ağdam təmsilçisinin oyununa maraq artıb. Buna görə də "qara bazar"la mübarizə aparmaq çətindi: "Bizdən ən çox 1 manata olan biletləri istəyirlər. Azarkeşlər arasında 5 və ya 10 bilet istəyən olur. Biz adətən bir adama 5 biletdən çox satmırıq. Amma ayrı-ayrı insanlar yaxınlaşıb ala bilir. Bunun qarşısını biz ala bilmərik. İşimiz biletləri satmaqdı. Axı biz müəyyən edə bilmərik, kassaya gələn azarkeşdi, yoxsa alverçi".

Bu hadisədən ən çox azarkeşlər narahatdı. İlqar adlı futbol fanatı problemi belə izah etdi: "Hər oyundan əvvəl deyirlər ki, bilet kassada yoxdu. Amma oyunda görürsən ki, stadionda boş yerlər var. Mən adətən ən ucuz bilet alıram. 1 manatlıq biletlər demək olar ki, yoxdu. 3 bilet aldım. Amma kassa yaxınlığında ayrı-ayrı insanlar mənə daha yaxşı yerlərə bilet təqdim edirdi. Onlar 1 manatlıq biletləri 5 manata satırdı. Mən razılaşmadım. Azərbaycanda hər zaman biletlər daha çox oyun günü satılır. Buna görə dəllallarla mübarizə aparmaq lazımdı. Çoxunun 1 manata bilet almağa imkanı yoxdu. Amma hamımız "Qarabağ"a dəstək olmaq istəyirik. Çünki, bu bizim sevimli komandadı".

Müşahidələrimiz zamanı stadion ətrafında bir qrup insanın əllərində bilet satdığının şahidi olduq. Onlar həm ucuz, həm də bahalı biletlərı bizə təklif etdilər. Bu biletlərin baha satıldığını deyəndə həmin insanlar artıq kassada bilet qalmadığını bildirdi.

Qeyd edək ki, klub tərəfindən oyun üçün 25 min bilet satışa çıxarılıb. Məsələylə bağlı "Qarabağ" FK Nəsimi rayon Polis İdarəsinə məktub ünvalayıb. Klub polis orqanlarından biletlərin ayrı-ayrı insanların əlində baha satıldığını bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.