27 iyul 2014 12:39

Sxadadze: Hələ də başa düşə bilmirəm ki, hakim niyə bizə qarşı belə davrandı

"İnter"in hücumçusu Baçana Sxadadzenin azerisport.az saytına müsahibəsi

- "İnter"in Avroliqada İsveç "Elfsborq"unu mübarizədən kənarlaşdırmasına nə mane oldu?
- Heç özüm də bilmirəm. Biz yaxşı oynadıq. Amma baş hakim üçüncü dəqiqədə qapınıza penalti təyin edirsə, oyunçunuzu meydandan qovursa, nə etmək olar? Onun bu qərarları bizi məhv etdi.

- Amma azlıqda da pis təsir bağışlamadız...
- 10 nəfərlə oynasaq da, rəqib yenə qol vəziyyətləri yarada bilmirdi. Amma qol epizodunda həmin futbolçunu bağlayan oyunçumuz olmadı. Bizə bu oyunda hakim və ya başqasının köməyi lazım deyildi. Amma kiminsə oyunumuza mane olmasına da ehtiyac yox idi. Məgər evdə oynayan bir komandanın oyununu bu cür idarə etmək olar? Hələ də başa düşə bilmirəm ki, bolqarıstanlı hakim niyə bizə qarşı belə davrandı.

- Demək olar ki, "İnter"in növbəti mərhələyə çıxmasına məhz Stanislav Todorovun qərarları mane oldu?
- O, konkret olaraq bizi "öldürdü". Rəqibin lehinə çox qərarlar qəbul etdi. Amma eyni hallar bizim oyunçulara qarşı olanda susurdu.

- Penaltilərə hazırlaşmışdız?
- Əlbəttə. Amma bu, lotereyadı. Uşaqların hər biri sonadək mübarizə apardı. Mən özüm bir hissə oynadım, amma əksəri 120 dəqiqə meydanda oldu. Uşaqlara görə çox təəssüflənirəm.

- Siz hücumda heç də pis təsir bağışlamırdız. Niyə əvəzləndiz?
- Hər mövqeyə qaça bilmirdim.

- Bəs niyə Dieqo Madriqal yox, məhz siz əvəzləndiz?
- Bilmirəm. Bu, baş məşqçinin qərarıdı. Ağlamaq istəyirəm, amma bacarmıram.

- Baş məşqçi oyundan sonra sizə nə dedi?
- Nə deməli idi ki? Heç nə. Uşaqlara təşəkkürünü bildirdi. Komanda 120 dəqiqə ərzində çox yaxşı mübarizə apardı. Qolu heç nədən buraxdıq, özü də azlıqda olarkən.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.