27 iyul 2014 15:10

Pavol Farkaş: Məni buraya Dorinel Muntyanu çağırıb

"Qəbələ"nin yeni transferi - müdafiəçi Pavol Farkaşın azerisport.az saytına müsahibəsi

- "Qəbələ" Hollandiyadakı son sınaq matçında "Herenven"ə uduzdu. Minimal hesablı məğlubiyyətinizə nə səbəb oldu?
- Rəqibimiz əla komanda idi. Oyun ərzində qol epizodlarımız oldu. Amma rəqibdən fərqli, biz onlardan yararlana bilmədik.

- Bundan öncə Türkiyənin "Konyaspor" klubuna 2 cavabsız qolla qalib gəlmişdiz...
- Həmin oyun son qarşılaşmadan fərqli, bizim üçün uğurlu alındı. Daha çox qol vura bilərdik. Amma dəqiqlik çatışmadı. Əsas odu ki, qalib gəldik.

- Qollardan birini də siz vurmuşduz...
- Bəli, künc zərbəsindən sonra fərqlənə bildim. Nizi (Nizami Hacıyevi nəzərdə tutur - azerisport.az) mənə əla ötürmə etmişdi, mənə sadəcə, qol vurmaq qalırdı.

- Bəs "AZ Alkmaar"a 2 cavabsız qolla uduzmağınıza nə səbəb oldu?
- "AZ Alkmaar" da yaxşı komandadı. Fikrimcə, biz bu komandaya qarşı kifayət qədər yaxşı oynadıq. Qol da vura bilərdik. Amma "Herenven"lə oyunda olduğu kimi, bu görüşdə də rəqib ələ düşən imkanlardan bizdən daha yaxşı yararlandı.

- Artıq bir aydı "Qəbələ"dəsiz. Necədi?
- Mənim üçün bu, sürpriz oldu. "Qəbələ" doğrudan da superkomandadı. Burada hər şey xoşuma gəlir.

- Bura gələnə qədər "Qəbələ", Azərbaycan futbolu haqda məlumatınız var idi?
- Xeyr.

- Yerli futbolçularla münasibətiniz necədi?
- Bütün komanda yoldaşlarımla əla münasibətim var.

- Bizim futbolçuların səviyyəsi haqda nə deyə bilərsiz?
- Gördüklərim xoşuma gəlir. "Qəbələ"dəki azərbaycanlı futbolçuların səviyyəsi də yüksəkdi. Hamısı sürətli, texnikalıdılar.

- Sizin sözlərinizdən belə başa düşmək olar ki, "Qəbələ" hazırda ideal səviyyədədi, problem yoxdu...
- Yox, əlbəttə, problemlər mövcuddu. Amma bu, sadəcə, taktika ilə bağlıdı. Zamanla bu da qaydasına düşəcək. Mütəmadi məşq edirik ki, daha yaxşı oynayaq.

- Niyə məhz "Qəbələ"ni seçdiz?
- Məni bura baş məşqçi Dorinel Muntyanu çağırıb.

- O, sizə nə dedi ki?
- Bildirdi ki, burada çempionluq və kuboku qazanmaq istəyir. Bu işdə ona yardım etməyimi istədi. Ona görə də buradayam. Azərbaycanda uğur qazanmaq istəyirəm. Fikrimcə, buna nail olacağam.

- Vaxtilə "Kyevo" ilə İtaliya A Seriyasında oynasaz da, indi Azərbaycandasız. Bu, geriyə addım deyil ki?
- Xeyr. "Qəbələ"nin çox yaxşı kollektivi var.

- Sizin indiki baş məşqçiniz "Otselul"a rəhbərlik edəndə siz də "Vasluy"da çıxış edirdiz...
- Elədi. Onun komandasına qarşı oynamışam. Muntyanu çox yaxşı mütəxəssisdi. İnanıram ki, o, "Qəbələ"də də uğur qazana biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.