28 iyul 2014 13:10

AZAL Bolunu sülhlə tərk edir

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, komanda Boluda məskunlaşdığı “Koru Otel”inin meydançasında Gürcüstan I divizionunun liderlərindən olan “Kolxeti 1913” ilə üz-üzə gəlib.

Baş məşqçi Tərlan Əhmədov ötən oyunla müqayisədə heyəti demək olar, büsbütün dəyişsə də, görüş tamamilə AZAL-ın üstünlüyü şəraitində keçib. Amma bu üstünlüyü tabloda əks etdirmək mümkün olmayıb. Daha doğrusu, "təyyarəçilər" görüşün sonlarında – dəqiq desək, 89-cu dəqiqədə Təmkin Xəlilzadə ilə rəqib qapısına yol tapıb. Amma top qapı xəttini yarım metr keçsə də, hakimlərin anlaşmazlığı qolun qeydə alınmaması ilə nəticələnib. Maraqlıdır ki, görüşdən sonra xanım yan hakim qolu verdiyini, əsas hakim isə onu başa düşmədiyini bildiririb...

Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Ruslan Məcidov (Stanislav Namaşko, 39/Taleh Əsədov, 85), Novruz Məmmədov, Laşa Kasradze (Adil Nağıyev, 46), Tural Nərimanov (Oskar Klyava, 59), Xuanfran, Orxan Lalayev (Asif Mirili, 69), Kərim Diniyev, Rəşad Abdullayev (Eduardo Konseysao Masiel, 78), Viktor İbekoyi (Tomi Kostadinov, 78), Elmin Çobanov (Təmkin Xəlilzadə, 57), Freddi Mombonqo (Con Enrike Kordoba, 65).

Beləliklə, AZAL Türkiyədəki yoxlama oyunlarında ikinci dəfə meydandan “sülh”lə ayrılıb. Komanda bundan öncə qardaş ölkədəki ilk matçında İran U-21 ilə heç-heçə (2:2) oynamışdı. “Təyyarəçilər” eyni zamanda “Mersin İdman Yurdu” və “Antalyaspor”a qalib gəlib (hər iki halda 2:1), “Balıkesirspor”a yenilib (1:2).

Onu da qeyd edək ki, bu gün AZAL səhər tezdən məskunlaşdığı oteli, günorta saatlarında isə Türkiyəni tərk edəcək və axşam vətənə qayıdacaq. Bakıda isə 2 günlük istirahətdən sonra futbolçular ayın 31-də bir araya gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.