26 iyul 2014 11:10

Georgi Lomaya: Bəxtimiz gətirmədi

"İnter"in qapıçısı Georgi Lomaya Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri cavab matçından (0:1, penaltilərlə  3:4) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- "Elfsborq"a məğlubiyyət haqda nə düşünürsüz?
- Hakim ilk dəqiqələrdən bizi "boğmağa" çalışırdı. Qırmızı vərəqə göstərdi, qapımıza penalti təyin etdi. Bütün oyunumuzu pozdu. 10 nəfərlə qaldıqdan sonra 120 dəqiqə mübarizə aparmaq çox çətin idi.

- Penalti var idi?
- Bu barədə dəqiq heç nə deyə bilmərəm.

- Sizcə, bu cür hakimlik nə ilə bağlı idi?
- Onun niyə belə etdiyini mən də bilmirəm. Çoxları elə düşünürdü ki, hakim bizə kömək edəcək. Çünki klubumuzun prezidenti ilə yerli idi, Bolqarıstandan. Amma hamı nələr baş verdiyini gördü.

- "İnter" 10 nəfərlə qalsa da, qol vəziyyətləri oldu, yenə mərhələ adlamaq şansı var idi...
- Mən hakimliyi ön plana çıxarmaqla özümüzə haqq qazandırmağa çalışmıram. Qol vəziyyətlərimiz olsa da, dəqiq oynamadıq. Sonadək mübarizə apardıq. Penalti isə lotereyadı. Bu mənada bəxtimiz gətirmədi.

- Yalnız bəxt?
- Bəli, bəxtimiz gətirmədi. Özü də bir neçə dəfə.

- "İnter" tarixində üçüncü dəfədi avrokubokları penaltilərdə uduzaraq tərk edir...
- Bəli, bu dəfə də alınmadı. "Lex" və "Asteras"la oyunlarda da belə olmuşdu. Son beş il ərzində biz yalnız bir dəfə penaltilərdə sevinmişik. O da Birlik Kubokunda "Şaxtyor"a qarşı oyunda baş verib.

- Kaxaber Sxadadze oyundan sonra nə dedi?
- Sonadək mübarizə apardığımıza görə komandaya təşəkkürünü bildirdi...

- Oyunun belə ssenari ilə cərəyan edəcəyini gözləyirdiz?
- Əlbəttə. "Elfsborq" çox ciddi komandadı. Bu məğlubiyyəti də faciəyə çevirmək lazım deyil. Həyat davam edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.