26 iyul 2014 14:33

İlqar Qurbanov: Zalsburq nə qədər güclü olsa da, hədəfimiz dəyişməz qalır

"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanovun azerisport.az saytına müsahibəsi

- Malta "Valletta"sına qarşı Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki cavab oyununda inamlı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiz?
- İlk növbədə azarkeşlərə yaxşı dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Oyuna gəlincə, bizi çətin oyun gözlədiyinə şübhəmiz yox idi. Elə də oldu. Xüsusilə ilk hissə çox çətin keçdi.

- Azarkeşlər oyundan razı qaldı. Bəs özünüz?
- Yaxşı oyun sərgilədik və böyük hesabla qalib gəldik. Amma əsas mərhələ adlamaq idi. Qarşıda Avstriya "Zalsburq"u ilə çətin oyunlar var. "Valletta" ilə oyunları unudub, bu qarşılaşmalara köklənməyimiz lazımdı. Çünki Avstriya çempionu ilə oyunlarımız daha çətin keçəcək.

- "Qarabağ" qələbəni Ağdamın işğal günündən bir gün öncə qazandı. Bu, futbolçular üçün hansısa önəm kəsb edirdi?
- Belə bir tarixdə xalqımızı qələbə ilə sevindirə bildiksə, deməli, meydana elə-belə çıxmamışdıq. Allah eləsin ki, Qarabağı da qaytaraq.

- "Valletta" ilə oyunlara əsasən demək olar ki, komanda daha ciddi sınaqlara hazırdı?
- Bəzi çatışmazlıqlarımız var. Komanda hələ tam hazır deyil. "Zalsburq"la ilk oyuna qədər bu çatışmazlıqları azaltmalıyıq. Növbəti rəqibimiz bizim hətta ən kiçik səhvlərimizi də bağışlamayacaq.

- "Zalsburq" haqda nə deyə bilərsiz?
- "Zalsburq"un "Valletta"dan daha güclü olması heç kimə sirr deyil. Onların nə dərəcədə güclü olduğunu bilirik. Amma bu, bizim qarşımıza qoyulan hədəfləri dəyişmir.

- Bu dəfə ilk oyun Bakıda olacaq. Bu, komandanızın işini çətinə salmır?
- Fikrimcə, bu, bizim üçün problem yaratmamalıdı. Öz meydanımızdakı ilk oyunda müsbət nəticə qazanmalıyıq ki, səfərdə bir qədər sakit yollanaq.

- "Valletta" ilə cavab oyununuzu "Zalsburq"un baş məşqçisi stadiondan izləyirdi. Rəqibdən gizlətdiyiniz nələrsə oldu?
- Düşünmürəm ki, biz nəyisə gizlətməyə çalışdıq. Bizim öz oyun üslubumuz var və "Valletta" ilə matçda da onu sərgilədik. Amma istənilən halda "Zalsburq"la oyunda tam fərqli futbol olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.