25 iyul 2014 11:45

Georgi Nikolov: Özümüz günahkarıq

"İnter"in prezidenti Georgi Nikolov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirilmiş cavab oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Bu dəfə hissləriniz sizi yanıltdı...
- Bu, oyun zamanı komandaya kömək etmir. Amma bu oyunun hakimliyinin bərbad olduğunu qeyd etməliyəm. Bunu heç kim gözləmirdi. Oyundan öncə zarafat edirdilər ki, hakimlər Bolqarıstandandısa, onlar bizə kömək edəcəklər. Amma hər şey əksinə oldu. Baş hakim elə ilk dəqiqələrdən oyunumuzu korladı.

- Qırmızı vərəqə olmasaydı, hər şey fərqli ola bilərdi?
- Siz özünüz də bu barədə nəticə çıxara bilərsiz. Azlıqda qalmasaydıq, oyun tam fərqli ssenari ilə cərayan edəcəkdi. Lazımsız qol buraxdıq. Baxmayaraq ki, bu, öz səhvimiz idi. Kifayət qədər qol vurmaq şanslarımız olsa da, yararlana bilmədik. İlk oyuna bənzərlik çox idi. Bizə oyunun taleyini həll edə biləcək futbolçu lazımdı.

- Beləsi yoxunuzdu?
- Təəssüf ki, yox. Rəqibin də haqqını vermək lazımdı. Onlar bura gəzintiyə gəlməmişdilər. Amma biz azlıqda da olsaq, daha yaxşı görünürdük. Xüsusilə də hücum planında.

- Baş məşqçiniz oyundan sonra istefa verdiyini açıqladı...
- Birincisi mətbuat önündə istefa qərarını açıqlamağı düzgün saymıram. Bunu rəhbərliklə kişi söhbətində etmək lazımdı. İkincisi isə mən onu buraxmağa hazırlaşmıram.

- Kaxaber Sxadadze onsuz özü də deyib ki, rəhbərlik istefamı qəbul etsə, gedəcəm...
- Gəlin onda mən də baş məşqçimizə elə sizin qarşınızda cavab verim ki, onun istefası ilə razı deyiləm. İndi soyuqqanlı olmaq və hər şeyə kişi kimi yanaşmaq zamanıdı. Məğlubiyyət həyatın bir hissəsidi. O, bu komandanı kimə saxlamaq istəyir ki?

- Sxadadzenin sözlərinə görə, o, avrokubokların qrup mərhələsində oynamaq istəyir...
- Mən özüm də orada olmağı çox arzulayıram (gülür). Bu oyundan sonra çox şey danışa bilərik. Özümüz də günahkarıq. İmkan düşəndə, vurmaq lazım idi.

- Amma "İnter" yenə ikinci mərhələdə mübarizəni dayandırdı...
- Heç özüm də nə deyəcəyimi bilmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.