25 iyul 2014 11:23

Neftçinin rəqibinin oyununda qalmaqal: türkiyəli jurnalistlər döyüldü

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ötən gecə keçirilmiş "Çixura" - "Bursaspor" matçından sonra qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, Gürcüstanda keçirilən cavab qarşılaşmasının taleyini penaltilər həll edib və iki oyuna, həmçinin əlavə yarım saatda qol vura bilməyən komandaların duelindən onbirmetrlik zərbələri daha dəqiq yerinə yetirən "Çixura" növbəti mərhələyə adlayıb və "Neftçi"yə rəqib olub.

Lakin qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında qalmaqal düşüb. Gürcüstan klubunun baş məşqçisi Soso Pruidzenin açıqlamalarının türk dilində tərcümə olunmaması qonaq jurnalistlərin narazılığına səbəb olub. Nəticədə, iki ölkə jurnalistləri arasında dava düşüb. Münaqişə zamanı operatorlardan birinin kamerası sındırılıb, həmçinin DHA-nın müxbiri Emre Koşak döyülüb. Daha bir jurnalistin telefonu sınıb.

Hadisədən sonra vaxtilə "Trabzonspor"da oynamış gürcü futbolçu Arçil Arveladze konfrans zalına daxil olaraq türkiyəli jurnalistlərdən üzr istəyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.