25 iyul 2014 18:00

Anders Svensson: Hakim İnterə qarşı çox sərt davrandı

İsveçin "Elfsborq" klubunun yarımmüdafiəçisi Anders Svenssonun azerisport.az saytına müsahibəsi

- "İnter"lə cavab matçı barədə nə düşünürsüz?
- Oyunun ilk dəqiqələrindən rəqib azlıqda qaldı. Amma üstünlüyümüzdən yararlana bilmədik. Daha çox qol vurmaq, oyunu penaltilərə qədər daşımaq lazım deyildi. Rəqib güclü idi, sona qədər mübarizə apardılar, hətta qol vəziyyətləri də oldu.

- Hakim Laşa Salukvadzeni qovmaqda haqlı idi?
- Orada penalti var idi.

- Bəs qırmızı vərəqə?
- Bilmirəm. Mənə elə gəlir ki, hakim "İnter"ə qarşı çox sərt davrandı. Düzdü, penalti təyin etməkdə haqlı idi, amma qırmızı vərəqəni verməyə də bilərdi. Bu, təbii ki, bizim qalib gəlmək şanslarımızı çox artırdı.

- Matçın belə başa çatacağını gözləyirdiz?
- Bakıya qələbə üçün gəlmişdik. "İnter" İsveçdəki oyunda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bilirdik ki, burada da işimiz çətin olacaq. Azarkeş amili də öz rolunu oynadı. İsveç çempionatının hər oyununda belə atmosfer görmək olmur.

- Üçüncü təsnifat mərhələsindən nə gözləyirsiz?
- "İnter" "Hafnarfyordur"dan güclüdü. Onlar daha keyfiyyətli futbol oynayırlar, nəinki islandlar. Mənə elə gəlir ki, komandanız hətta pley-off səddini də keçərdi.

- Bəs özünüzün qrup mərhələsinə düşmək şansınızı necə qiymətləndirirsiz?
- Əgər biz "İnter" kimi rəqibi keçə bildiksə, deməli, qrupa düşmək şansımız çox yaxşıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.