25 iyul 2014 16:25

Tahir Süleymanov: Çixura da Koper kimi bizə rəqib ola bilməz

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" ilk oyunda uduzduğu Sloveniya "Koper"inə səfərdə qalib gələrək mərhələ adladı. Sloveniyaya getmədiyinizə görə təəssüflənmədiz?
- Əsas qələbə qazanmaq idi, uşaqlar da bunu bacardılar. Hələ ilk oyundan sonra demişdim ki, "Koper" bizə rəqib ola bilməz, cavab matçında bacardığımızın 70 faizini göstərsək, bu komandanı keçə bilərik. "Neftçi" öz səviyyəsini göstərdi. Hətta böyük hesabla qalib gələ bilərdik.

- Qarşıda Gürcüstan "Çixura"sı ilə iki oyun var...
- Bu oyunlara məsuliyyətli yanaşmaq lazımdı. Hər bir rəqibə hörmətlə yanaşıram, amma "Çixura" da "Koper" kimi bizə rəqib deyil. Pley-offa vəsiqə qazanmaq lazımdı. Türkiyə toplanışı zamanı biz bu komanda ilə iki yoxlama oyunu keçirmişdik. "Neftçi" "Çixura"nı yaxşı tanıyır. Səviyyə fərqi şübhəsizdi. "Neftçi"nin Avroliqada bu komanda ilə hətta heç-heçə etməyə də haqqı yoxdu.

- "Koper"lə cavab oyunundan sonra istefa verməkdə tələsdiyinizi düşünmədiz?
- Xeyr. Klubun imici mənim tutduğum vəzifədən daha yüksəkdədi. Komandanı ayıltmaq lazım idi. Çünki klub prezidenti Sadıq Sadıqov da demişdi ki, əgər komanda bu mərhələni keçə bilməsə, böyük dəyişikliklər olacaq. Əgər klub rəhbərliyi bu məğlubiyyətə sakit yanaşsaydı, cavab görüşündə belə oyunun şahidi olmazdıq. Mənim proqnozlarım özünü doğrultdu.

- Sloveniyadan sizə zəng edən oldu?
- Uşaqlar qələbə ilə qayıdacaqlarına söz vermişdilər. Final fitindən 10 dəqiqə sonra Saşa Stamenkoviç mənə zəng etdi və bildirdi ki, verdiyimiz sözü tutduq. Məni tutduğum vəzifə maraqlandırmır.

- Tahir Süleymanovu bundan sonra "Neftçi" ilə nə bağlayacaq?
- Mənim bu klubla problemim yoxdu. Orada çalışmasam da, klub prezidenti ilə əla münasibətim var. Mütəmadi əlaqə saxlayırıq. Süleymanovun orada çalışıb-çalışmaması önəmli deyil, önəmli olan Azərbaycan futbolunun inkişafıdı. Yeri gəlmişkən, "Qarabağ"a da Çempionlar Liqasında Avstriya "Zalsburq"u ilə oyunlarda uğurlar arzulayıram. Ağdamlılar bu rəqibini də mübarizədən kənarlaşdıra bilərlər.

- Sizin yenidən "Neftçi"yə qayıtmağınız mümkündü?
- Mən futoldan getməmişəm. Lazım gələcəyi halda həmişə "Neftçi"yə öz məsləhətlərimlə kömək edəcəm. Əsas odu ki, Avropa "Neftçi"nin nəyə qadir olduğunu görsün. Biz nəinki Gürcüstan klubunu, pley-offdakı rəqibimizi də mübarizədən kənarlaşdırıb, qrup mərhələsində oynamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.