25 iyul 2014 02:03
Arif Daşdəmirov: Hakimlər oyunumuzu korladılar
Bakı "İnter"inin futbolçusu Arif Daşdəmirov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının məğlubiyyətini (0:1, penaltilərlə - 3:4) belə şərh edib:
"Hakimlər bizim bütün oyunumuzu korladılar. Niyə o bizim oyunçuya qırmızı vərəqə göstərdi? Bu, oyunumuza təsirsiz ötüşmədi. Lotereyada uduzduq. Çox təəssüflənirik. Düzünü deyim ki, heç nə danışa bilmirəm, çox ağırdı".
Xatırladaq ki, bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyunda "İnter" "Elfsborq"dan güclü olmuşdu - 1:0.
