25 iyul 2014 13:30

Neftçinin növbəti rəqibini yaxından tanıyaq

Azərbaycan Kubokunun qalibi "Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sı ilə qarşılaşacaq. Azerisport.az sizi "ağ-qaralar"ın növbəti rəqibi ilə tanış edir.

Adını şəhərin yanından keçən bir çayın adından alan Saçxere şəhərinin təmsilçisi ardıcıl olaraq iki mövsümü Gürcüstan çempionatında 4-cü pillədə başa vurub. Bakılıların rəqibi son iki mövsümdə Gürcüstan Kubokunun finalına vəsiqə qazansa da, Tiflis "Dinamo"suna məğlub olublar. "Çixura" finalda qızıl medalları qazanmasa da, Avropa Liqasına vəsiqəni təmin edib.

1938-ci ildən yaradılan "Çixura" Gürcüstanın əsas liqasına 2006/07 mövsümündə vəsiqə qazanıb. Ancaq debütü uğursuz alınan klub növbəti 4 il birinci divizionda çıxış etməyə məhkum olum. 2011/12 mövsümündə yenidən elitaya vəsiqə qazanan gürcü klubu ortabab komanda statusunda çempionatda çıxış edir.

Gürcü klubu ev oyunlarını 2 min azarkeş tutumu olan "Central" stadionudan keçirir. Ancaq qərb qonşularımız Avroliqa matçlarını paytaxt Tiflisdə yerləşən və 27 223 azarkeş tutumu olan "Mixail Mesxi" stadionunda keçirir. Klubun ümumi büdcəsi 4 milyon avrodan artıq deyil.

Gürcüstan təmsilçisinin avrokuboklardakı çıxışı elə də parlaq deyil. Ancaq ötən və bu mövsüm Avropa Liqasında vəsiqə qazana bilən komanda bu turnirdə ümumilikdə 8 oyun keçirib və 2 qələbə, 4 bərabərlik, 2 məğlubiyyəti olub. Rəqib ötən mövsüm Samson Fruidzenin başılığı ilə ilk təsnifat mərhələsində "Vaduts"u mübarizədən kənarlaşdırsa da, növbəti mərhələdə İsveçrənin "Tyun" komandasına məğlub olaraq, Avropa macərasını başa vurmuşdu. Ötən mövsümdə klub tamamilə yerli futbolçuların xidmətindən istifadə edib.

Bu mövsüm isə "Çixura" ilk təsnifat mərhələsində səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Makedoniyanın "Turnovo" klubunu evindən də əliboş yola salmışdı - 3:1. Növbəti qurban isə Türkiyənin "Bursaspor" klubu oldu. Hər iki oyunda hesab açılmadığından qalib penaltilərlə müəyyənləşdi ki, 4:1 hesabıyla üstün olan "Çixura" "Neftçi" ilə qarşılaşmaq hüququ qazandı.

Bu komanda "Neftçi" üçün elə də yad deyil. Belə ki, "ağ-qaralar" bu yay Türkiyədə təlim-məşq toplanışında olarkən "Çixura" ilə iki dəfə qarşılaşıb. Yoxlama matçlarının birində gürcülər 3:2 hesabı ilə qalib gəlib. Növbəti oyunda isə komandalar meydandan sülhlə ayrılıb - 1:1.

Gürcüstan klubunun heyətində vaxtilə "İnter"də çıxış etmiş bir futbolçu - David Odikadze top qovur.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.