24 iyul 2014 00:45
Şəhriyar Əliyev: Simurqa keçmək istəyirəm
"Bakı"nın müdafiəçisi Şəhriyar Əliyev "Simurq"a keçmək istəyir. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Simurq"la danışıqlarımız davam edir. Bunu gizlətmirəm. Amma hələ "Bakı"nın futbolçusuyam. Məşq edirik, yeni mövsümə hazırlaşırıq. Bu məsələnin nə vaxt həll olunacağını bilmirəm. "Bakı" da çempionatda iştirak edəcək. Ona görə də məni "Simurq"a buraxmırlar. Həm də paytaxt klubu ilə müqaviləm var".
