24 iyul 2014 17:30

Danilo Dias: Zalsburqla elə ilk oyunda istəyimizə nail olmalıyıq

"Qarabağ"ın futbolçusu Danilo Dias azerisport.az saytına müsahibəsində "Valletta" ilə oyundan, 3-cü seçmə mərhələdəki şanslardan danışıb.

- "Valetta" ilə cavab oyununda asan qələbə qazanacağınızı gözləyirdiz?
- Asan qələbə olmadı. İlk qola qədər müəyyən çətinliklərimiz var idi. Ümumilikdə, biz onları bütün komponentlərdə üstələdik. Sözsüz ki, 4 qol vurmağımız yaxşı haldı. Növbəti rəqiblə oyuna yaxşı əhval ruhiyyədə hazırlaşacağıq. "Qarabağ"ın heyətində qol hesabımı açdığıma görə şadam. Azarkeşlərə təşəkkür edirəm. Komandamızı sonadək dəstəklədilər. "Valletta" artıq arxada qaldı. İndi biz növbəti rəqib haqda düşünməliyik.

- "Qarabağ"ın "Zalsburq"a qarşı şansları var?
- Şans həmişə var. İlk oyunu evdə oynamağımız müəyyən çətinliklər yaradır. Amma biz lazım olan hesabı qazanmaq üçün çalışmalıyıq. Heç kim düşünməsin ki, "Zalsburq" üçün asan olacaq. Bizim kimi, rəqibə də çətin olacaq. Rəqib təcrübəli futbolçulardan ibarətdi. "Qarabağ" isə bu mərhələdə dayanmaq istəmir. Mümkün qədər irəli getmək istəyirik.

- "Zalsburq"un baş məşqçisi oyunu izləyirdi. Deməli rəqib sizinlə oyuna hazır vəziyyətdə gələcək...
- "Qarabağ" hər oyunda eyni oynamır. Növbəti oyuna biz də fərqli çıxacağıq. Onun bizi izləməsi yaxşı haldı. Deməli, "Qarabağ"a hörmət edir və oyunumuzu görmək istəyir. Müasir zamanda hər bir kəs rəqib haqda informasiya toplaya bilər. Doğma meydandakı görüşdə mümkün qədər layiqli çıxış etməliyik. Səfərdə çətin olacaq. Ona görə Bakıdakı oyunda istəyimizə nail olmalıyıq.

- "Qarabağ"la oyunda "Zalsburq" favorit sayılır. Deməli, siz sürpriz etmək istəyirsiz....
- Biz Çempionlar Liqasında mərhələ adlamaq istəyirik. Ona görə "Zalsburq"la oyunda da qələbə istəyirik. Rəqib "Valletta" kimi oynamayacaq. Biz çalışmalıyıq səhvlər olmasın. Onlar hər səhvdən istifadə edib bizi cəzalandıra bilər. Bununla belə doğma stadionda uğur qazanmağı bacarmalıyıq. Güclü rəqiblə oynamağımız yaxşı haldı.

- Yeni komandada ilk qolunu vurdun. Demək olar ki, artıq heyətə öyrəşmisən?
- "Qarabağ"a öyrəşməyim kollektivin mehriban olmasıyla əlaqədardı. Meydanda özümü yaxşı hiss edirəm. Çalışıram ki, komandanın oyun üslübuna uyğun oynayım. Məşqçilərin dediklərini edim. Bu komandaya keçidimə görə sevinirəm. İndi əsas məqsədimiz avrokuboklarda qələbə qazanmaqdı. Biz nə qədər irəliləsək, azarkeşlərimiz o qədər sevinəcək.

- "Zalsburq"la uğursuzluq olsa, Avropa Liqasının pley-off mərhələsində iştirak edəcəksiz. Azarkeşlər sizdən ən azı Avroliqanın qrup mərhələsinə düşməyi gözləyir...
- "Qarabağ" Avropa Liqası barədə düşünmür. Biz Çempionlar Liqasında iştirak edirik. Ona görə bu turnirdə mümkün qədər irəli getməyə çalışmalıyıq. Şanslarımız var. "Zalsburq"la oyun hələ baş tutmayıb. İlk görüşdən sonra artıq pley-offa kimin yaxın olacağını söyləmək mümkün olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.