24 iyul 2014 16:23
Koper yeni transferindən Neftçi ilə oyunda yararlana biləcək
Sloveniya “Koper”i “Neftçi” ilə Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında yeni transferi Daniel Bradaskyanın xidmətindən istifadə edə biləcək. Azerisport.az klub saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun avrokubklarda çıxış etməsi üçün onun ölkəsi İtaliyanın Futbol Federasiyasından bütün sənədlər alınıb.
Baş məşqçi Rodolfo Vanoli təcrübəli forvarda şans verərəsə, o, bu gün təmsilçimizə qarşı çıxış edə biləcək.
