24 iyul 2014 16:11
Bertuççi Neftçiyə kömək edə biləcək
"Neftçi"nin aparıcı futbolçularından olan Bruno Bertuççi Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçiriləcək cavab matçında komandasına kömək edə biləcək. Azerisport.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, o, zədəsini sağaldıb və bu gün keçiriləcək görüşdə meydana çıxması gözlənilir.
