24 iyul 2014 23:43

İnter Avropa Liqasında mübarizəni penaltilərlə dayandırdı

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxıb.
 
Premyer Liqamızın gümüş mükafatçısı bu mərhələdə İsveç "Elfsborq"u ilə mübarizə aparırdı. Hansı ki, bu komanda mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən start vermişdi. "Bankirlər" isə ilk təsnifat mərhələsində Moldova "Tiraspol"unu mübarizədən kənarlaşdırmışdı - 3:2, 3:1.

"İnter" səfər oyununda minimal hesablı qələbəyə sevindiyindən, doğma meydanda hətta heç-heçə də komandamızı növbəti mərhələyə çıxaracaqdı. Amma təəssüf ki, "bankirlər" üçü ev oyunu pis başlayıb. Artıq 4-cü dəqiqədə azlıqda qalan, qapısına penalti təyin olunan təmsilçimizin qapıçısı Lomaya bu epizodda hesabın açılmasına imkan verməyib. Buna baxmayaraq, ilk yarının son saniyələrində qonaqlar istəklərinə çatıblar. İkinci hissədə qol olmayınca matç əlavə vaxta gedib. Amma komandalar əlavə yarım saatda da qol vura bilməyiblər. Nəticədə, qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Daha dəqiq oynayan İsveç təmsilçisi növbəti mərhələyə vəsiqəyə sahib çıxıb.

Avropa Liqası
İkinci təsnifat mərhələsi
(cavab oyunu)
24 iyul
 
İnter - Elfsborq - 0:1 (penaltilər - 3:4)
Qol: S.Holmen, 45+2 (0:1).
Matçın 5-ci dəqiqəsində P.Frik penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: L.Salukvadze, 4.
Sarı vərəqə: D.Madriqal, 14, A.Svensson, 23, H.Hauqer, 67. Y.Bokonyano, 94, G.Lomaya, 115, M.Alvaro, 116.
Hakimlər: Stanislav Todorov, İvo Kolev, Martin Venev, Nikolay Yordanov (hamısı Bolqarıstan).
Bakı. "Şəfa" stadionu.
İlk oyun - 1:0

Penalti seriyası:
Mikel Alvaro - 0:0
Viktor Prodell - 0:1
Aleksandr Amisulaşvili - 1:1
Markus Rohden - 1:2
Derlis Meza Kolli - 2:2
Lars Nilsson - 2:2
Matiya Şpiçiç - 2:2
Daniel Mobek - 2:2
Yohan Bokonyano - 3:2
Mikkell Bekmann - 3:3
Arif Daşdəmirov - 3:3
Sebastyan Holmen - 3:4

İNTER: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 27. Dieqo Madriqal (11. Asif Məmmədov, 70) (9. Mirzağa Hüseynpur, 106), 28. Baçana Sxadadze (4. İvan Benites, 46).
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 13. Mirsayib Abbasov.
Baş məşqçi: Kaxaber Sxadadze.
ELFSBORQ: 1. Kevin Elleqor, 7. Yohan Larsson (k) (15. Andreas Klarström, 71), 11. Daniel Mobek, 12. Sebastyan Holmen, 8. Anders Svensson, 20. Adam Lundqvist, 21. Henninq Hauqer, 25. Markus Rohden, 9. Lars Nilsson, 16. Viktor Klaesson (10. Mikkel Bekmann, 16), 17. Per Frik (24. Viktor Prodell, 110).
Ehtiyat oyunçular: 30. Abbas Hassan 13. Arber Zeneli, 14. Anton Andreasson, 19. Simon Hedlund.
Məşqçi: Yan Miyan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.