24 iyul 2014 13:22

Klas İnqesson: İnterə İsveçin ən güclülərindən biri olduğumuzu göstərməliyik

İsveçin "Elfsborq" klubunun baş məşqçisi Klas İnqesson Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri cavab matçı öncəsi klub saytın müsahibə verib. Azerisport.az sizi sağlıq durumunda problem olduğuna görə Bakıya gələ bilməyən mütəxəssisin açıqlamaları ilə tanış edir.

- Komanda ilə Bakıya gedə bilmədiz...
- Bu səfərin mənə necə təsir edəcəyi məlum deyildi. Buna görə də qərara gəldik ki, evdə qalım.

- Kənardan komandanı idarə etmək necə mümkün olacaq?
- Məşqçilər korpusu ilə mütəmadi əlaqə saxlayıram.

- İlk oyundakı məğlubiyyətdən sonra cavab qarşılaşmasındakı şansları necə qiymətləndirərdiz?
- Çox yaxşı. Ötən oyuna baxsaz, görərsiz ki, bizim qol vurmaq üçün xeyli şansımız vardı. Sadəcə, onlardan yaxşı yararlana bilmədik. Amma rəqib öz şansını yaxşı dəyərləndirdi. Fikrimcə, cavab matçında uğur qazanmaq üçün yaxşı şansımız var. "İnter" ilk oyunda 2-3 qol vursaydı, onda vəziyyətimiz çətin olardı. Amma bir qol vurulduğuna görə, vəziyyəti xeyrimizə dəyişə bilərik.

- İlk oyunla bağlı daha hansı düşüncələriniz var?
- Borasda oyunumuz getmədi. Nəticədə, qol buraxdıq. Qoldan sonra rəqib artıq bizim səhvlərimizi gözləməyə başladı. Məğlubiyyətə görə özümüz günahkarıq. Əminlik çatışmırdı. Məsələn, uzaqdan zərbələr demək olar ki, yox idi.

- Məgər məşqlərdə kimin daha yaxşı formada olduğunu görmürdüz?
- Məşqlərdə hər şey yaxşı idi. Yorğun deyildik, ötürmələr yaxşı idi. Məncə, məğlubiyyətin əsas səbəbi əsəbilik oldu. Sürətli oynamadıq. Bizim əsas rəqibimiz elə özümüzük. Tələsməməliyik, sakit, inamlı, gözəl oynamalıyıq. "Elfsborq"un İsveçin ən yaxşı klublarından biri olduğunu isbatlamalıyıq.

- Cavab oyununda uğurlu nəticə üçün nə lazımdı?
- Əsas müdafiədə diqqətli oynamalıyıq. Uşaqlar arxa xəttdən arxayın oynamalıdılar. Ola bilər ki, bizim bu oyunda hücuma atılacağımızı düşünsünlər. Amma biz həmişə müdafiədən oynamışıq, sürətli hücumlar qurmağa çalışmışıq. Təzyiqə hazır olmalıyıq. Komandam bu görüşün nəticəsini öz xeyrinə dəyişməyə qadirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.