23 iyul 2014 12:52

Teli: Zalsburqla oyunlarda sürprizə ümid edirəm

"Qarabağ"ın müdafiəçisi Admir Telinin azerisport.az saytına müsahibəsi

- "Qarabağ" Malta "Valletta"sı ilə ev oyununda böyük hesablı qələbəyə sevindi. Oyunla bağlı fikirləriniz maraqlıdı...
- Yaxşı oynadıq. Amma şəxsən mənim üçün böyük ya da minimal hesabla qalib gəlməyin önəmi yox idi. Əsas o idi ki, mərhələ adlayaq.

- "Valletta"nın oyunçuları ilk qırmızı vərəqə zamanı çox etiraz edirdilər. Siz həmin epizodu necə dəyərləndirə bilərsiz?
- Həmin epizodu hakim necə lazım idisə, elə də qiymətləndirdi. Mənim buna qiymət verməyim düzgün olmazdı.

- Rəşad Sadıqovun yoxluğu hiss olunmur?
- Rəşadın komanda üçün necə önəmli futbolçu olduğunu hamı gözəl başa düşür. Amma mən həmişə demişəm ki, "Qarabağ" bir futbolçudan asılı deyil.

- Növbəti mərhələdə qarşılaşacağınız "Zalsburq"la oyunlarda uğur qazanmağınız nə dərəcədə realdı?
- Avstriyaya sərfəli nəticə ilə yollanmalıyıq. Bunun üçün də ilk oyunda qələbə qazanmaq vacibdi. Bakıdakı qarşılaşmanın önəmi böyük olacaq.

- Rəqib barədə nə bilirsiz?
- "Zalsburq" güclü komandadı. Avrokuboklarda böyük təcrübəyə malikdilər. Fiziki cəhətdən güclü futbolçulara malikdi. Eyni zamanda texnikalıdılar. Əminəm ki, baxımlı oyun olacaq.

- "Qarabağ"ın ÇL-in qrup mərhələsinə düşmək şansı nə dərəcədə realdı?
- Mənə elə gəlir ki, artıq qarşımıza belə yüksək hədəflər qoymağın vaxtıdı. Çempionlar Liqasına iki mərhələ qalıb. Avropa Liqasına isə bi. Ümid edirəm ki, "Zalsburq"la oyunlarda sürpriz edə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.