23 iyul 2014 00:45

AFFA prezidenti: Qarabağ Zalsburqu da keçməlidi

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Malta "Valletta"sı üzərindəki qələbəsini şərh edib. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın rəhbəri öncə bunları söyləyib:

"Klublarımızın Bakıda belə hesabla qələbə qazanması yadıma gəlmir. Bütün futbolsevərləri təbrik edirəm. Ümid edirəm ki, bu zəfərin davamı gələcək və komandamız Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək".

AFFA prezidenti maltalıların kobud oyununa da toxunub: "Qarabağ" rəqib futbolçuların kobudluğuna öz qolları ilə cavab verdi. Komandamız səfərdəki kimi, evdə də yaxşı oynadı. Bu tempdə də davam etmək lazımdı. Oyundan sonra futbolçulara da dedim ki, sabah (bu gün) Qarabağın işğalı günüdü. Ona görə də bu qələbə bütün ağdamlılar üçün bir təsəlli oldu".

Abdullayev ağdamlıların növbəti təsnifat mərhələsindəki rəqibi - Avstriya "Zalsburq"u barədə bunları deyib: "Avstriya çempionu güclüdü. Bu, artıq "Valletta" deyil. Ağır olacaq. Hazırlaşmaq və onları da keçmək lazımdı".

AFFA rəhbəri Avropa Liqasındakı təmsilçilərimizin - "İnter"lə "Neftçi"nin də şanslarına toxunub: "İnter"in səfərdəki qələbəsindən sonra mərhələ adlamaq üçün yaxşı şansı var. İsveç klubunu evdə də məğlub etmək lazımdı. Baxaq görək "Neftçi" nə edəcək. Onlara çətin olacaq. Amma onlar da mərhələ keçə bilərlər".

ARDNŞ-in prezidenti "Neftçi"nin Sloveniya "Koper"i ilə ilk oyununa gəlməməsinin də səbəbini açıqlayıb: "Mənim ARDNŞ-ə rəhbərlik etməyim o demək deyil ki, "Neftçi"yə azarkeşlik edirəm, bu komandanın bütün oyunlarına getməliyəm. Mən bütün klublarımıza azarkeşlik edirəm. Həm də unutmayın ki, mən artıq "Neftçi"nin prezidenti deyiləm".

AFFA prezidenti arenanı erkən tərk edən azarkeşlərdən də danışıb: "Matçın başa çatmasını gözləmədən stadionu tərk etməyə başlayan azarkeşlərə etirazımı bildirmək istərdim. 76-cı dəqiqədə stadionu tərk etmək nə dərəcədə düzgündü? Mənə gəlincə, "Qarabağ"ın növbəti ev oyununa da gələcəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.