23 iyul 2014 00:12

Qurban Qurbanov: Zalsburq bizə bu günkü kimi oynamağa imkan verməyəcək

Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 4:0 hesablı qələbəsini belə şərh edib:

"Çox çətin oyun oldu. Yaxşı oynadığımızı düşünürəm. Qələbə qazanmaq bizim üçün vacib idi. Amma hələ üzərində işləməli olduğumuz çatışmazlıqlar var. Qələbəyə görə şadıq. Qarşıda bizi "Zalsburq"la oyun gözləyir. Artıq oyunçulara "Valletta" üzərindəki qələbəni unudub, növbəti oyunlara köklənmələrini tapşırmışam.

Reynaldonu niyə əvəzlədim? Onun kiçik zədəsi vardı. Bu üzdən risk etmək istəmədim.

Deməzdim ki, "Zalsburq" arzuolunmaz rəqibdi. Belə fikirlərlə razı deyiləm. Kim düşməliydisə, o da düşdü. Qismət beləymiş.

Qara Qarayevin sağlamlığı ilə bağlı hansısa problem olacağını düşünmürəm. Maksim Medvedev də tezliklə sıraya dönəcək. Rəşad Sadıqova gəlincə, ola bilər ki, "Zalsburq"la ilk oyuna tam hazır olmasın.

"Zalsburq"un baş məşqçisinin oyunumuzu izlədiyini bilirdim. Amma biz onlardan heç nəyi gizləmədik. Başa düşürük ki, avstriyalılar bizə bu gün oynadığımız kimi çıxış etmək şansı yaratmayacaqlar.

Əlbəttə, Avstriya klubu ilə ilk oyunu səfərdə keçirmək daha yaxşı olardı. Amma püşk belə tələb edir. Hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Bilirəm ki, sürətli futbolçuları var. Bu komanda çox güclüdü və bizə çətin olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.