23 iyul 2014 11:12

İbrahim Şehiç: Zalsburq ilə oyunlarımız fərqli olacaq

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin azerisport.az saytına müsahibəsi

- Malta "Valletta"sı ilə cavab oyununu (4:0) necə qiymətləndirərdiz?
- Biz yaxşı oynadıq və nəticədə böyük hesabla qalib gəldik. Özümüzə heç bir problem yaratmadıq. Bu, bizim bu oyun üçün əsas hədəfimiz idi.

- Sizin bu oyunda işiniz demək olar ki, olmadı. Hətta stadiondan gedə, ya da kofe içə bilərdiz...
- (gülür) Hə, rəqib mənim üçün xüsusi çətinlik yaratmadı. Amma bu, dəqiq oynayan və baş məşqçimizin bütün tapşırıqlarını yerinə yetirən komandamızın xidmətinin bəhrəsiydi.

- Belə böyük hesabla qalib gəlmək nə dərəcədə vacib idi?
- Çox vacib idi. İlk növbədə psixoloji baxımdan. Belə nəticəni biz Maltada da qazanmalıydıq. Amma orada rəqib qolkiper möhtəşəm oynamışdı. Burada isə hər şey fərqli oldu.

- Belə oyunla Avstriya "Zalsburq"u ilə görüşlərdə nəyəsə ümid etmək olar?
- Hamıya aydındı ki, "Zalsburq"la oyunlar fərqli olacaq. Bu komanda kifayət qədər ciddi rəqibdi.

- Onların oyunlarına baxmısız?
- Onların ötən mövsüm keçirdiyi oyunların icmallarına baxmışam. Şəxsən bir neçə oyunun özüm izləmişəm. Çox ciddi komandadı.

- "Qarabağ" bu komanda ilə oyunlarda nəyə ümid edə bilər?
- Dünya çempionatından sonra belə fikir formalaşıb ki, istənilən komanda çox şeyə ümid edə bilər. Əminəm ki, növbəti ev oyunumuza daha çox azarkeş gələcək. Onlar bizim 12-ci oyunçumuz olmalıdılar.

- Oyundan sonra klub prezidenti Abdulbari Gözəl sizi təbrik etdi. Adətən belə görüşlərdə futbolçulara mükafat verirlər. Elə bir söhbət olmadı?
- Bəlkə də oldu, amma mən azərbaycanca hələlik, pis başa düşürəm (gülür).

- Belə söhbətləri hamı başa düşür...
- Belə deyim də: bizim əziyyətimizin, qələbələrimizin qarşılığında verilən puldan razıyıq. Biz də bunun qarşılığını meydanda verməyə çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.