23 iyul 2014 18:20

Şpiçiç: Elfsborqla cavab matçında hesabı qorumağa oynamayacağıq

"İnter"in müdafiəçisi Matiya Şpiçiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter"i cavab matçına hazır saymaq olar?
- Əlbəttə. Bizi "Elfsborq"la çətin oyun gözləyir. Bu oyunda sona kimi mübarizə aparacağıq. Fikrimcə, sabahkı oyun İsveçdəki ilk görüşdən daha çətin olacaq.

- "İnter"in səfərdə qələbə qazanacağına çox az adam inanırdı. Amma indi komandanızın uğursuzluqla üzləşməsini istəyən yoxdu...
- Bizə kimin inanıb, kimin inanmadığını bilmirəm. Biz komanda olaraq özümüzə inanırıq. "Elfsborq"a səfərdə qalib gələcəyimizə də inanırdıq. Hər zaman pozitiv olmaq lazımdı. İnanın ki, İsveçdəki oyunu təkrarlasaq, qələbə bizim olacaq.

- "Elfsborq" da Bakıya qələbə üçün gəlib...
- Biz bunu gözəl başa düşürük. İsveçlilər mərhələ adlamaq üçün Bakıda qələbə qazanmalıdılar. Amma bu, bizim üçün bir şansdı. Səfərdə oynadığımız kimi inamlı çıxış etməliyik. Lakin qol vəziyyətlərini də boşa verməmək şərti ilə.

- Yəqin ki, rəqib hücum futboluna üstünlük verəcək. Bəs siz necə oynyacaqsız?
- Biz də elə düşünürük. Buna görə diqqətli oynamalıyıq. Bircə onu deyə bilərəm ki, "İnter" hesabı qorumaq haqda düşünməyəcək. Bakıda da qələbə qazanmaq lazımdı. Bu oyuna final qarşılaşması kimi yanaşacağıq. Səfərdə qazandığımız qələbəni qorumaq barədə düşünsək, bizim üçün təhlükəli ola bilər. Ağıllı oynayıb, qələbə qazanmalıyıq.

- Üçüncü təsnifat mərhələsinə vəsiqə qazansaz, "Elfsborq"dan daha zəif olan iki komandadan biri ilə qarşılaşacaqsız: İslandiya "Hafnarfyordur"u və Belarus "Neman"ı. Onlardan hansı ilə qarşılaşmaq istərdiz?
- Mən hələ ki, sadəcə, "Elfsborq" səddini keçməyimizə ümid edirəm. Düzünü deyim ki, heç növbəti mərhələdəki potensial rəqiblərdən hansı ilə qarşılaşmağın bizə düşərli olacağını bilmirəm. Çünki "Neman" və "Hafnarfyordur"u tanımıram.

- Amma yəqin ki, Avroliqanın qrup mərhələsinə düşmək barədə düşünürsüz...
- Həqiqətən də bu barədə düşünürəm. Amma biz danışmalı yox, qələbə qazanmalıyıq. Öncədən nəsə demək olmaz.

- Razısız ki, "İnter"in ehtiyat oyunçular skamyası çox zəifdi və sonradan oyuna daxil olub, gedişatı dəyişə biləcək futbolçusu yoxdu?
- Bizim ehtiyat qüvvəmiz daha çox gənc futbolçulardan ibarətdi. Qrup mərhələsinə düşəcəyimiz təqdirdə yeni transferlərin olması istisna deyil. Əks halda həm çempionatda, həm də Avroliqada eyni heyətlə mübarizə aparmaq məcburiyyətində qalacağıq. Amma buna rəhbərlik qərar verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.