23 iyul 2014 15:45

Qarabağ 70 000 000 avroya qarşı

İdman direktoru - Ralf Ranqnik. Beynəlxalq idman direktoru - Jerar Ulye. Büdcə - 70 milyona yaxın. 8 qat Avstriya çempionu. Hədəf - 20 il sonra Çempionlar Liqasının qrup mərhələsinə çıxmaq.

Bütün bunlar "Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi - Avstriya "Zalsburq"una aiddi. Komandanın baş məşqçisi Adolf Hütterdi. O, bu posta sabiq baş məşqçi Rocer Şmidtin Almaniyanın "Bayer" klubuna gedişindən sonra təyin olunub.

Hütter komandanın son mövsümdəki heyətini yeni futbol ili üçün də qoruyub. Komandanın lideri, qoleadoru vaxtilə "Barselona"nın heyətində oynamış Conatan Sorianodu. O, son mövsümdə 31 qol vurub və Avstriya Bundesliqasının bombardiri olub. Braziliyalı Alan da ondan geri qalan deyil - 26 qol.

"Zalsburq" gənclərdən ibarət komandadı. Hazırda komandanın orta yaş həddi 24-dü. Heyətin 74 faizi legionerlər, 12 faizi isə Avstriya yığmalarına çağırılan futbolçulardan təşkil olunub.

Bu komanda ötən avrokuboklar mövsümündə Avropa Liqasında uğurlu çıxışı ilə yadda qaldı. "Zalsburq" mübarizəyə Çempionlar Liqasından başlasa da, Türkiyənin "Fənərbağça" klubu ilə görüşlər uğursuz oldu (1:1, 1:3). Nəticədə bu komanda Avroliqada Litva "Jalgiris"i ilə mübarizə apardı və qalib gəldi - 5:0, 2:0. Hazırda Bakı "İnter"inin rəqibi olan İsveç "Elfsborq"u da bu komandanın qurbanları arasında olmuşdu - 4:0, 1:0. Eyni aqibəti Danimarka "Esbyerq"i (3:0, 2:1) və Belçika "Standard"ı da (2:1, 3:1) yaşamışdı. 1/16 finalda rəqib Hollandiya "Ayaks"ı olmuşdu - 3:1, 3:0. Avstriyalıların 10 oyunluq qələbə seriyasına yalnız İsveç "Bazel"i son qoya bilmişdi (2:1, 0:0).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.