İan Atsopardi: Qarabağ Zalsburqu da keçəcək gücdədi
Maltanın "Valletta" klubunun müdafiəçisi İan Atsopardi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
"Biz burada yaxşı nəticə qazanacağımıza ümid edirdik. Amma hər şey bizə qarşı idi. Hakimlikdən çox narazıyam. Heç Malta çempionatında belə hakim yoxdu. O, qırmızı vərəqə göstərməklə səhvə yol verdi. Halbuki, orada qayda pozulmamışdı. Ondan sonra oyunumuz daha da zəiflədi. "Qarabağ" onsuz da güclü oynayırdı və hakimin köməyinə ehtiyacı yox idi. Üstəlik, hakim bir epizodda Riçard Almeydanı meydandan qovmalı idi. O, bizim futbolçuya tüpürdü. Amma hakim bu qayda pozuntusuna göz yumdu. İstənilən halda "Qarabağ"ı təbrik edirəm. "Zalsburq" ciddi rəqibdi. Amma "Qarabağ" onları da keçəcək gücdədi".
