23 iyul 2014 01:18

Rəşad Sadıqov: Zalsburq ilə ilk oyunda sərfəli nəticə qazanmalıyıq

Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, komandasının 4:0 hesablı qələbəsini belə şərh edib:

"Səfərdə qələbə qazanmağımız bu rəqibin zəif olmasından xəbər vermirdi. Sona qədər bu rəqibə ciddi yanaşdıq. Sakit oynamağa çalışdıq. Şadam ki, ev oyununda 4 qol vura bildik. Çoxlu qol vəziyyətlərimiz oldu ki, onların da bəzisindən yararlandıq. Qələbə həmişə xoşdu".

Malta klubu ilə hər iki oyunu zədə səbəbindən buraxan Sadıqov növbəti mərhələdə qarşılaşacaqları Avstriya "Zalsburq"u ilə görüşlərdə də meydana çıxmasının sual altında olduğunu deyir: "Buna həkimlər qərar verəcəklər. Hələ heç nə dəqiqləşməyib. "Zalsburq" çətin rəqibdi. Amma əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. İlk oyun evdə olacaq. Ona görə də sərfəli nəticə qazanmağa çalışmalıyıq".

Kapitan növbəti rəqib barədə bunları söyləyib: "Zalsburq"a qarşı heç vaxt oynamamışam. Ona görə dəqiq necə komanda olduğunu deyə bilmərəm. Amma bu komanda müəyyən mənada iki il öncə qarşılaşdığımız Belçika "Brügge"sinə bənzəyir. Hər halda var gücümüzlə mübarizə aparacağıq. Ola bilər ki, bu gün ən yaxşı futbolumuzu göstərə bilmədik, amma qələbə qazandıq. Mümkündü ki, gələn dəfə çox yaxşı oynayarıq, amma mərhələ keçə bilmərik. Futbolda hər şey mümkündü. Alnımıza nə yazılıbsa, o da olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.