22 iyul 2014 00:12

Qarabağın ÇL macərası davam edir

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm son ölkə çempionu "Qarabağ" təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıdı. "Qarabağ"ın rəqibi Maltanın paytaxtı Valletta şəhərini təmsil edir. Malta Super Liqasında çıxış edən  bu klub 1904-cü ildə yaradılıb. Adalılar oyunlarını 17800 azarkeş tutumu olan "Ta Qali" stadionunda keçirirlər. Ağdam klubunun rəqibi 22 dəfə ölkə çempionu olmaqla yanaşı, 13 dəfə də Malta kubokunu başı üzərinə qaldırıb.

"Valletta" Maltanın avrokuboklarda ən böyük təcrübəyə malik klubu sayıla bilər. Bu komanda bütövlükdə 78 avrokubok matçına çıxıb. Onların yalnız 10-da qələbəyə sevinən maltalılar 12 görüşdə də heç-heçə ediblər və qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər. UEFA Kuboku (indiki Avroliqa) və İntertoto Kubokunda heç vaxt qələbə sevinci yaşamamış "Valletta"nın ÇL-dəki çıxışını daha uğurlu saymaq olar. Bu turnirdə keçirdiyi 34 matçın 7-də qalib gələn komanda 2 dəfə heç-heçə edib, 25 dəfə məğlub olub (bu mövsüm "Qarabağ"a qarşı keçirilmiş ilk oyun nəzərə alınmayıb).
 
Maraq üçün qeyd edək ki, nəinki "Valletta", ümumiyyətlə, Malta klubları heç vaxt Azərbaycan klubları ilə avrokuboklarda qarşılaşmayıb. Təbii ki, eynilə "Qarabağ"ın da bu ölkə təmsilçiləri ilə yolları kəsişməmişdi.

"Valleta" son mövsümdə 51 xalla ölkə çempionu olub. Çempion qızıl medalları ikinci yerdə qərarlaşmış "Birkirkara" komandasını 1 xal qabaqlamaqla qazanıb. "Valetta" son mövsümdə 32 oyunda 24 qələbə qazanıb, 5 oyunda isə heç-heçə edib. Ağdam klubunun rəqibi cəmi 3 oyunda məğlub olub. 32 oyunda rəqib qapılarına 74 dəfə yol tapan valettalılar öz qapısından 21 qol buraxıb.
 
Komandanı 40 yaşlı yerli mütəxəssis Gilbert Acius çalışdırır. Futbolçu karyerası zamanı da uzun müddət bu komandada çıxış etmiş gənc mütəxəssis 2012-ci ildən "Valletta"nın məşqçisi kimi çalışır. Bu ilin yayından isə o, komandaya baş məşqçi təyin olunub.

"Qarabağ"ın rəqibi heç də nəhəng komanda deyil. Bu üzdən də komandamızın "Valletta" səddini keçəcəyinə inam böyükdü. Amma təbii ki, həddən ziyadə arxayınlıq mənfi nəticələrə gətirib çıxara bilər. Buna görə də Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərini dəyərləndirməklə, cütün taleyini həll etməlidi. Maltada keçirilən ilk oyunda komandamız ələ düşən çoxsaylı qol epizodlarını dəyərləndirə bilsəydi, cavab matçı formal xarakter də daşıya bilərdi. Amma hər halda 1:0 hesablı qələbə də Ağdam klubunun favorit olduğunu göstərir. İndi sadəcə, cavab görüşündə Maltada başlanılmış işi başa çatdırmaq qalır. Cavab görüşünün Bakıda olması da Ağdam klubunun əsas üstünlüklərindəndi. Belədə "Qarabağ"ın bu şansı əldən qaçırması bağışlanmaz olar.

Ağdam klubu bu mövsüm nəhayət qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadı. Vaxtilə "Neftçi"nin imza atdığı belə bir uğura Çempionlar Liqasında nail olmaq çətin olsa da, ən azı Avroliqanın qruplarına düşmək mümkündü. Bir neçə dəfə qrup mərhələsinin astanasında dayanan "Qarabağ"dan bu mövsüm gözləntilər çox yüksəkdi. Bu mənada komandamızın yeni avrokubok mövsümünə uğurla start verməsi önəmlidi. Yeri gəlmişkən, artıq ÇL-in üçüncü təsnifat mərhələsindəki rəqib də bəllidi. "Valletta" - "Qarabağ" cütünün qalibi Avstriya "Zalsburq"u ilə qarşılaşacaq.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.875 reytinq xalı var. Bunun 1.000 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.750, "Qarabağ" - 0.250). "Qarabağ" özü isə 6.975 xalla klub sıralamasında Avropanın 197-ci komandasıdı. "Valletta" da 4.841 reytinq xalı ilə 257-cidi.

Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
(cavab oyunu)
22 iyul

21:30. Qarabağ - Valletta
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).
UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya).
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:0.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.