22 iyul 2014 11:55

Dorinel Muntyanu: Bu Azərbaycanda eşitdiyim hələ ki, ən böyük axmaqlıqdı

"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanunun azerisport.az saytına müsahibəsi

- Komandanızın Hollandiya toplanışı necə gedir?
- Hazırlığımız normal gedir. Zədəlilərimizin olmamasından razıyam. Hər şey yaxşıdı. Artıq iki yoxlama oyunu keçirmişik. Çempionata plana uyğun hazırlaşırıq.

- Yeni transferlər olacaq?
- Heyət möhkəmləndirilir. Yeni futbolçular da komandaya qoşulmaqdadı. Daha 2-3 futbolçunun yolunu gözləyirik. Portuqaliyalı hücumçu Yazalde artıq komanda ilə birlikdə hazırlaşır. Ondan əlavə daha ikisi gəlməlidi.

- Yeni futbolçular hansı mövqelər üçün nəzərdə tutulub?
- Mərkəz müdafiəçisinin yolunu gözləyirik. Bundan əlavə bizə hücum xəttində çıxış edən universal futbolçu lazımdı. O, həm hücumçuların arxasında, həm də cinah yarımmüdafiəçisi kimi çıxış edə bilir.

- Premyer Liqanın ilk turunda "İnter"lə qarşılaşacaqsız. Bu komanda Avropa Liqasında yaxşı oyun sərgiləyir...
- Rəqibə hörmətlə yanaşırıq. Azərbaycanı avrokuboklarda belə təmsil etdiklərinə hörə əhsən! Kiminlə oynamağından asılı olmayaraq, istənilən çempionatdakı ilk oyun çətin olur. Amma debüt həmişə vacibdi. "İnter"lə oyuna hazırlaşırıq. Bu komanda ilə görüşdə öz üstün cəhətlərimizdən yararlanmağa çalışacağıq. Rəqibdən çəkinmirik. Nəyə qadir olduğumuzu göstərməliyik.

- "Şiroki Briyeq"ə uduzduğunuz oyunlardan nə nəticə çıxarmısız?
- Geridə qalan müddətdə əlimin altında hansı material olduğunu, bu komandanın nəyə qadir olduğunu başa düşdüm. Məlum oldu ki, bəzi mövqeləri gücləndirmək lazımdı. Hazırlıq yetərsiz idi. Hazırda fiziki hazırlığa da diqqət yetiririk. Bir daha qeyd edirəm ki, Bosniya klubu ilə oyunlarda bəzi mövqelərdəki çatışmazlıqlar öz sözünü dedi. Amma Avropa Liqasındakı oyunları unutmuşuq və gələcəyə baxırıq.

- Mətbuatda belə bir informasiya yayılmışdı ki, siz Elnur Allahverdiyevlə Kamran Ağayevin oyun formasından narazısız. Allahverdiyevin Avroliqada buna görə oynamadığı da iddia olunurdu...
- Bu axmaq xəbərlər hardan çıxıb? Bu, Azərbaycanda çalışdığım qısa müddət ərzində eşitdiyim hələ ki, ən böyük axmaqlıqdı. Mən heç vaxt komandamın daxili işlərinin mətbuatda yer almasına imkan vermərəm. Bu barədə isə yalnız onu deyə bilərəm ki, uydurmadı və heç bir həqiqətə uyğun deyil.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.