22 iyul 2014 23:50

Gilbert Acius: Hakimlərin qərarları Qarabağa kömək etdi

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında Malta "Valletta"sını darmadağın etdi. Azerisport.az xəbər verir ki, Ağdam klubu səfərdə 1:0 hesabı ilə qalib gəldiyi komandaya, doğma divarlar arasında divan tutdu - 4:0.

Oyundan sonra təşkil olunmuş mətbuat konfransında "Valletta"nın baş məşqçisi Gilbert Acius komandasının məğlubiyyətini belə şərh edib:

"Qarabağ"ı təbrik edirəm. Bu gün daha yaxşı idilər və layiqli qələbə qazandılar. Hakimlərin qərarları ilə bağlı danışmaq çox çətindi. Mənim şəxsi düşüncələrim olsa da, bu, nəticəni dəyişmir. Baş verənləri mənim kimi, siz də gördüz. Olan artıq olub. Futbolda müəyyən epizodlarla oyunun teleyini həll edir. Uzun müddət azlıqda qaldıq. Daha sonra ikinci qırmızı vərəqəni aldıq. Ehtiyat oyunçular skamyasında futbolçu qıtlığı da öz sözünü dedi. Hakim qərarları "Qarabağ"ın qələbəsinə kömək eti. Amma bu, onların layiqli qələbə qazanmalarına kölgə sala bilməz.

Azərbaycan yığmasına vurduğum qolları yaxşı xatırlayıram. Amma öz oyunçu karyeram barəsində danışmaq istəməzdim. Azərbaycan futbolunda çox şey dəyişib. Bu da əcnəbilərin sayəsində baş verib.

"Qarabağ"ın heyətində kimlər daha çox yadımda qaldı? Çətin sualdı. İlk növbədə ona görə ki, rəqib komanda futbolu sərgiləyir və fərdlər o qədər də diqqət çəkmir. Amma cinah oyunçularını - Leroy Corcla Danilo Diası xüsusi qeyd edərdim. Onlar çox sürətlidilər. Çumbinyo ilə Almeyda yerlərini yaxşı dəyişirdilər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.