22 iyul 2014 16:48

Deni Qaysumov: Qarabağı qrup mərhələsində görmək istəyirəm

Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Deni Qaysumovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan klublarının avrokuboklardakı çıxışını izləyirsiz?
- Əlbəttə.

- "Qarabağ"ın ÇL-də Malta "Valletta"sı ilə cavab oyunundan nə gözləyirsiz?
- "Qarabağ" təcrübəli komandadı. Qələbə qazanmalıdı.

- Qələbə qazansalar, növbəti mərhələdə Avstriya "Zalsburq"u ilə mübarizə aparacaqlar...
- "Zalsburq" çox məşhur və çətin rəqibdi. "Qarabağ"a onlarla oyunlar çox çətin olacaq.

- Şans var?
- Mən "Qarabağ"ı avrokubokların qrup mərhələsində görməyi çox istəyirəm. Onlar artıq üç dəfə Avroliqanın qrup mərhələsinin bir addımlığında dayanıblar. Bizə ancaq bu dəfə həmin səddi keçəcəklərinə ümid etmək qalır.

- "Neftçi"nin ev oyununda Sloveniya "Koper"inə məğlubiyyətini necə qarşıladız?
- Gözlənilməz məğlubiyyət idi. Amma ümid edirəm ki, "Neftçi" də mərhələ keçəcək. Unutmaq lazım deyil ki, Sloveniya klubu da güclü komandadı.

- Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsində İtaliya, Xorvatiya, Bolqarıstan, Norveç və Malta ilə eyni qrupda mübarizə aparacaq. Berti Foqtsun yetirmələri nəyə ümid edə bilərlər?
- Ümid edirəm ki, çıxışımız uğurlu alınar. Yığmamız da hazırda artııb. FİFA reytinqində 73-cü pillədəyik. Komanda ildən-ilə güclənir. Hər şey oyunçularımızın öz əlində olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.