22 iyul 2014 14:08

Bədavi Hüseynov: Anjiyə qayıtmaq istərəm

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Rusiya mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- "Qarabağ"a Çempionlar Liqasının növbəti mərhələsində Avstriya "Zalsburq"u rəqib ola bilər...
- Əlbəttə, çox ciddi rəqibdi. Amma hələ onlar haqda danışa bilmərik. Bizi Malta "Valletta"sı ilə cavab oyunu gözləyir.

- Zədəli Rəşad Sadıqovu əvəzləyirsiz. Onun sıraya dönməsi sizin əsas heyətə düşmək yolunda işinizi çətinləşdirəcək?
- Ötən mövsüm Rəşad Sadıqovla birgə demək olar ki, 32 oyunda meydanda olmuşdum. İndi də hiss edirəm ki, mənə güvəniləcək.

- İki il öncə "Anji"də çox forma şansı qazanmayan Bədavi Hüseynovla indiki arasında nə kimi fərqlərv var?
- Fikrimcə, mən sadəcə, bir qədər təcrübəli olmuşam. Güclü komandalara qarşı oynamaq şansı qazanmışam. Belə rəqiblərlə oyunlarda artırmamaq mümkün deyil. Mənə şans verdilər və bu şansı dəyərləndirməyə çalışdım.

- "Anji"dən incik ayrıldınız?
- Əlbəttə, üzücü idi. Amma mən indi heç nəyə görə təəssüflənmirəm. Azərbaycanda mənə verilən şansa görə təşəkkürümü bildirirəm.

- Evdə nə vaxt olmusan? Dağıstana gələ bilirsən?
- Ev üçün təbii ki, çox darıxıram. Sonuncu dəfə iyunun əvvəlində orada olmuşdum. İki həftəlik gəldim. Təqvim elədi ki, bu, tez-tez mümkün olmur.

- Azərbaycandakı həyatına tam alışmısan?
- Bəli, tam alışmışam. Burada hər şey ürəyimcədi, xoşuma gəlir, ölkə inkişafdadı, özü də böyük templə. Bu, xüsusilə Bakıya aiddi.

- Son iki ildə ölkə çempionu olmusan, yığmaya dəvət olunmusan. Sənə çox güvənirlər?
- Bütün bu uğurlarımda məşqçilərimin rolu böyükdü. Hiss edirəm ki, mənə güvənirlər, Mən də onların bu etimadını doğrultmağa çalışıram.

- Berti Foqtsla çalışmaq necədi?
- Əlbəttə, o, böyük hərflərlə əsl peşəkardı. Belə mütəxəssislə çalışmaq böyük xoşbəxtlikdi. Azərbaycan yığması son illərdə çox artırıb və bunda Foqtsun xidməti böyüldü.

- Millidə neçə oyun keçirmisən, hansı oyun daha çox yadında qalıb?
- Bildiyim qədərilə 13-14 oyunda meydanda olmuşam. ABŞ ilə son oyun yaddaqalan oldu. 0:2 hesabıyla uduzsaq da, yaxşı təsir bağışladıq. Amma daha çox yaddaqalan oyun təbii ki, Rusiyaya qarşı Bakıda keçirdiyimiz matç idi - 1:1.

- Klubun "Qarabağ"dan danış...
- Böyük tarixə malik klubdu. Qarşısına hər turnirdə yüksək hədəflər qoyulur. Komandada çoxlu legionerlər var - braziliyalılar, albanlar, hollandlar, makedoniyalılar. Komandanı vaxtilə Rusiyada oynamış Qurban Qurbanov çalışdırır. Onun rəhbərliyi altında kombinasiyalı və hücum futbolu sərgiləməyə çalışırıq.

- Komandanın bazası Ağdamdadı?
- Yox, Bakıda hazırlaşırıq. Burada bazamız var, üç məşq meydançamız var, şərait əladı. Oyunlarımızı da Bakıda keçiririk.

- Komandanı kim maliyyələşdirir?
- "Azərsun Holdinq" şirkəti.

- Azərbaycan çempionu olmaq nə dərəcədə vacib uğurdu?
- 20 il idi buna nail ola bilmirdik. Ona görə də son çempionluğumuz bizim üçün çox yaddaqalan oldu.

- Sən "Qarabağ"a "Sumqayıt"dan keçmisən. Bu klublar arasında səviyyə fərqi çox yüksəkdi?
- "Sumqayıt"a oyun təcrübəsi qazanmaq üçün keçmişdim. Mən elə orada olarkən "Qarabağ"a necə hörmət olduğunu görürdüm. Səviyyə fərqi də yüksəkdi.

- Azərbaycan klublarındakı maaşla Rusiya klublarındakı arasında müqayisə aparmaq olar?
- Azərbaycanda da futbolçulara yaxşı maaş verilir. Futbola böyük investisiya yatırılır. Rusiya Premyer Liqasının alt sıralarında qərarlaşan klublardakı maaşlarla müqayisə etmək olar.

- Dağıstandan Azərbaycana gedən başqa futbolçular da var. Onlarla əlaqən var, işləri necə gedir?
- Bəli, burada 10 dağıstanlı futbolçu var. Onlardan biri - Məhəmməd Mirzəbəyov mənimlə "Anji"nin gənclərdən ibarət komandasında çıxış edib. O da "Sumqayıt"a gəlmişdi. Sonradan "İnter"ə transfer olundu.

- Azərbaycanda nə qədər oynamağı düşünürsən? "Anji"yə qayıtmaq fikrin var?
- Hələlik klubumla müqaviləm var. Məni burada hər şey qane edir. Amma gələcəkdə hər şey ola bilər. Ola bilər ki, gələcəkdə mənə doğma olan klubda çıxış etmək şansı qazanım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.