22 iyul 2014 01:00
Qəbələ Braqadan hücumçu aldı
"Qəbələ" heyətinə daha bir yeni futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, bu, portuqaliyalı hücumçu Yazaldedi.
Bu futbolçu "Qəbələ"də icarə əsasında çıxış edəcək. Yazalda müqavilə ilə Portuqaliyanın "Braqa" klubuna məxsusdu.
Qeyd edək ki, Yazalde 16 dəfə Portuqaliyanın gənclərdən ibarət yığmasına dəvət olunub və 4 qola imza atıb. Son mövsümdə o, "Astra" ilə Rumıniya kubokunu qazanıb.
