21 iyul 2014 12:41
Hafiz Məmmədov Lansın büdcəsini artırmaqdan imtina etdi
"Bakı" klubunun sahibi Hafiz Məmmədov Fransanın "Lans" klubunun büdcəsini artırmayacaq. Azerisport.az Canal+-a istinadən xəbər verir ki, Məmmədov "Lans"a əlavə 10 milyon dollar verməyəcəyini rəsmən bəyan edib.
Bununla da komandanın yeni mövsümdə də 2-ci liqada yarışacağı dəqiqləşib. "Lans"ın büdcəsi isə əvvəlkitək 38 milyon dollar olacaq. Fransa Futbol Federasiyası "Lans"ın büdcəsinin artırılmayacağı barədə məlumatlandırılıb.
