21 iyul 2014 00:01
Neftçi Sloveniyaya 1 gün əvvəl yollanacaq
Avropa Liqasının ikinci təsnifat mərhələsində Sloveniyada "Koper"in qonağı olacaq "Neftçi" səfərə 1 gün əvvəl yollanacaq. Azerisport.az xəbər verir ki, komanda Bakı-İstanbul-Lyubyana reysiylə səfərə çıxacaq.
"Neftçi" Lyubyanadan oyunun keçiriləcəyi şəhərə avtobusla gedəcək. Böyükağa Hacıyevin komandası matç ərəfəsində 1 məşqlə kifayətlənəcək. Komanda oyundan sonra Azərbaycana qayıdacaq.
