"Qarabağla açıq futbol oynamaq olmaz"
Maltanın "Valletta" klubunun müdafiəçisi İan Atsopardi azerisport.az saytının sullarını cavablandırıb:
- "Qarabağ"la cavab oyunundan nə gözləyirsiz? "Valletta"dan Bakıdakı cavab görüşündə hücum futbolu görə biləcəyikmi?
- Xeyr, "Qarabağ"a açıq futbol oynamaq olmaz. Əgər elə oynasaq, özümüzü məhv etmiş olarıq. Rəqibin səhv etməsini gözləyəcəyik, əhs-hücumlara üstünlük verəcəyik. "Qarabağ"ın braziyilalarını zərərsizləşdirməyə çalışacağıq.
- Şanslarınızı necə qiymətləndirərdiz?
- Bizim mərhələ adlamaq şansımız 20 faizdən çox deyil.
- Ev oyunundakı 0:1 hesablı məğlubiyyətdən sonra Azərbaycana bu əhvalla gəlirsiz?
- Xüsusi nəyəsə ümidimiz yoxdu. Amma öz futbolumuzu oynamağa çalışacağıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Maltada öz oyununuzu niyə sərgiləyə bilmədiz?
- Hər bir komanda meydanda rəqibinin imkan verdiyi qədərincə oynaya bilir. "Qarabağ" bizə belə imkanı yaratmadı. Hücumda çox az şey alındı.
- İlk hissənin sonunda komanda yoldaşınız hesabı bərabərləşdirməyə çox yaxın idi. Həmin anda nə düşündüz?
- O, qapıya zərbə endirəndə artıq "qol" qışqırıb ona tərəf qaçmağa hazırlaşırdım. Çox təəssüf ki, komanda yoldaşımın zərbəsi dəqiq alınmadı.
