21 iyul 2014 11:34
Elfsborqun məşqçisi: Bu oyun göstərdi ki, İnteri keçə bilərik
İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Miyan bəyan edib ki, onun komandasının Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"ini keçməsi mümkündü. Azerisport.az xəbər verir ki, ötən gün İsveç çempionatında "Norrçöpinq"lə qarşılaşmadan 2:4 hesablı məğlubiyyətlə ayrılan komandanın məşqçisi bunları söyləyib:
"Hiss olunurdu ki, oyunçular bir qədər əsəbidilər. Bu da şübhəsiz ki, Avroliqa çərçivəsində "İnter"ə məğlubiyyətlə bağlı idi. Amma bu oyun göstərdi ki, bizim növbəti mərhələyə yüksəlməyimiz üçün şansımız var. Bunun üçün Bakıda qələbə qazanmaq lazımdı".
