21 iyul 2014 20:30

Qurbanov: Arxayınlaşmaq olmaz

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsi çərçivəsinin cavab qarşılaşmasında sabah Malta "Valletta"sını qəbul edəcək. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün təşkil olunmuş mətbuat konfransında öncə bunları deyib:

"Rəqib bizim üçün artıq tanış komandadı. Maltada hansı çatışmazlıqlarımızın olduğunu gördük. Oyunumuzda bəzi problemlər var idi. Amma bu, gözlənilən idi".

Qurbanov cavab oyununda da diqqətli olmağın vacibliyini vurğulayıb: "Yaxşı nəticə qazansaq da, arxayınlaşmaq olmaz. Çalışmalıyıq ki, ev oyununda səhvsiz oynayaq".

Qurbanov ÇL-in üçüncü təsnifat mərhələsində onları gözləyən Avstriya "Zalsburq"undan danışmaq istəməyib: "İndi "Zalsburq" mənə maraqlı deyil. Ən kiçik səhv bizə baha başa gələ bilər. Ona görə də avstriyalılardan nəsə gizləməyə çalışmayacağıq. Bizim belə lüksümüz yoxdu".

Qurbanov qarşılaşmanın ənənəvi olaraq 21:00-da yox, yarım saat gec başlamasının da səbəbini açıqlayıb: "Bu, orucluğa görədi. Qoy azarkeşlərimiz oyuna qədər iftarlarını da aça bilsinlər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.