21 iyul 2014 20:09
Subaşiç: Bundan kimsənin şübhəsi olmasın
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç Türkiyənin "Manisaspor" klubu ilə müqavilə bağlamasından danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Manisaspor"un bir hissəsi olduğum üçün çox şadam. Bu komandaya fayda vermək üçün əlimdən gələni edəcəyimə kimsənin şübhəsi olmasın".
