21 iyul 2014 19:35

Acius: Qarabağa qarşı elə oynamalıyıq ki, qapıçımızın işi az olsun

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsi çərçivəsinin cavab qarşılaşmasında  sabah Malta "Valletta"sını qəbul edəcək. Azerisport.az xəbər verir ki, oyundan bir gün əvvəl rəqib komandanın baş məşqçisi Gilbert Aciusun matçla bağlı mətbuat konfransı təşkil olunub.

O, oyunla bağlı bunları deyib:

"Qarabağ" yaxşı komandadı. Ötən illərdə göstərdiyi nəticələr də "Qarabağ"ın yaxşı komanda olduğunu göstərir. Rəqibə hörmətlə yanaşsaq da,  qürurumuz üçün oynayacağıq. Maraqlı oyun olacaq.

- Komandaya əsas tapşırınız nə olacaq?
- Mən məşqçiliyə təzə başlamışam. Mənim üçün yaxşı performans göstərmək daha vacibdi. Mənim üçün nəticədən daha çox sərgilədiyimiz oyun vacibdi. Yaxşı oyun nümayiş etdirsək, nəticə də gələcək.

- Komandalar adətən oyundan əvvəl matçın keçiriləcəyi vaxtda məşq edir. Sizin bir gün əvvəl məşqi tez keçirməyinizin səbəbi nədi?
- Bunun iki səbəbi var. Birincisi, məşqlə oyun arasında xeyli vaxt yaranacaq. İkincisi isə vaxtında qidalanmaq və rahat yatmaqla bağlıdı.

- "Zalsburq" haqda düşünmüsüz?
- Bizim üçün önəmli olan "Qarabağ"la oyundu. Əlbəttə, "Zalsburq" barədə məlumatım var. Ancaq indidən bu haqda düşünmək sadəcə, boş yerə enerji sərfiyyatıdı.

- "Valletta"nın futbolçuları iddialı danışsa da, siz bir az təslim olmuş kimi danışırsız. Bunun səbəbi nədi?
- Bu, düzgün deyiı. Mən pessimist olduğumu düşünmürəm. Sabah komandamız yaxşı oynamalıdı. Qapıçımız ilk oyundakı kimi matçın qəhrəmanı olmayacaq. Elə oynamalıyıq ki, onun işi az olsun.

- Dolu tribunalar qarşısında oynamağa hazırsız?
- Heyətimizdə təcrübəli futbolçular çoxdu. Amma doğma meydan amili "Qarabağ" üçün üstünlükdü. Onları çoxlu azarkeş dəstəkləyəcək.

- Siz yığmada oynayarkən Malta Azərbaycan millisinə böyük hesabla qalib gəlib. Yadınızdadı?
- Hə, biz həmin oyunda 3:0 hesabıyla qalib gəldik, mən isə iki qol vurdum. Yaxşı xatırlayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.