21 iyul 2014 18:58
Branimir Subaşiç rəsmən Manisasporda
Türkiyənin "Manisaspor" klubu futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçi rəsmən təqdim edib. Azerisport.az xəbər verir ki, hücumçuyla iki illik müqavilə imzalanıb.
Klub Subaşiçlə yanaşı daha üç oyunçu - Metin Yüksel, Süleyman Çelikyurt və Erdi Önerlə müqavilə imzalayıb.
