21 iyul 2014 17:52
Öncə İnter, sonra Elfsborq
Məlum olduğu kimi, iyulun 24-də "İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçin "Elfsborq" komandasıyla qarşılaşacaq. Azerisport.az xəbər verir ki, iyulun 23-də komandalar “Şəfa” stadionunda oyunöncəsi məşq edəcək.
Öncə meydançaya “İnter” komandası çıxacaq. "Bankirlər"in məşqi saat 20.00-da başlayacaq. “Elfsborq” komandası oyunöncəsi məşqini saat 21:00-da keçiriəcək və ilk 15 dəqiqə mətbuat üçün açıq olacaq.
İyulun 23-də komandalar oyunöncəsi mətbuat konfransları keçirəcək. Saat 19:30-da Kaxaber Sxadadze, 20:30-da isə “Elfsborq”un məşqçisi Yan Miyan suallara cavab verəcəklər.
Xatırladaq ki, “İnter” - “Elfsborq” matçı iyulun 24-də keçiriləcək və saat 21:00-da başlayacaq.
