21 iyul 2014 17:35
İnter - Elfsborq matçına biletlər satışda!
Məlum olduğu kimi, iyulun 24-də "İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçin "Elfsborq" komandasıyla qarşılaşacaq. Azerisport.az xəbər verir ki, saat 21.00-da başlayacaq matçı izləmək istəyənlər biletləri "Şəfa" stadionunun qarşısında fəaliyyət göstərən kassadan və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, biletin qiyməti 1 manat təşkil edir. (klub saytı)
