21 iyul 2014 16:45
Millimizin yarımmüdafiəçisi Almaniya klubunun layihəsində
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir Almaniyanın "Hannover" klubunun "Rasizmə qırmızı vərəqə göstər" layihəsində iştirak edib. Azerisport.az xəbər verir ki, o, rasizmlə mübarizə yolunda təcrübəsini gənclərə aşılayıb.
"Bizim azarkeşlərimiz də rasizmə qarşıdılar və bu, çox yaxşıdı" deyə, Gökdəmir rasizmə qarşı çıxdığını bəyan edib.
