21 iyul 2014 16:30
Adrian Kristya: Rəqibimiz güclü komanda idi
"Qəbələ"nin yarımmüdafiəçisi Adrian Kristya Hollandiyanın "AZ Alkmaar" klubuna qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibimiz güclü komanda idi. Bunu hamı yaxşı bilir. Amma bu, yoxlama görüşüydü. Ona görə bu oyunla bağlı nəsə danışmağın mənası yoxdu. Dorinel Muntyanu sizə hər şeyi deyər".
