21 iyul 2014 16:20
SOCAR Qalatasarayla bağlı xəbərləri təkzib etdi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Qalatasaray" klubuna titul sponsorluq etmək istədiklərinə dair xəbərləri təkzib edib. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev bu barədə xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb: "Belə bir məsələ gündəmdə deyil".
