İnter Bolqarıstanda ilk qələbəsini qazandı
Əvəzedicilər arasında keçirilən Azərbaycan Çempionatını lider kimi başa vuran "İnter"in ikinci komandası Bolqarıstanda təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, iyulun 15-dən etibarən Varnanın Qızılqum adasındakı "Sport Palace" otelində məskunlaşan komanda gündə iki dəfə məşq edir.
İyulun 19-da toplanış çərçivəsində ilk yoxlama matçına çıxan Rüstəm Əliyevin yetirmələri meydanı qələbəylə tərk ediblər. Varnanın "Spartak" komandasının əvəzedici heyətilə oyunda "İnter" rəqibin qapısından 5 cavabsız top keçiriblər. Komandamızın heyətində Ulvi İbazada, İlkin Sadıxov (2), Mirsahib Abbasov (2) fərqləniblər.
Qeyd edək ki, "İnter" toplanış çərçivəsində daha iki yoxlama matçı keçirməyi planlaşdırır. Komanda Bolqarıstan toplanışını iyulun 31-də başa vuracaq. (klub saytı)
